Siyasət

  • 3 359

“Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsində maraqlı qüvvələr var" ÖZƏL-MÖVQE

image

“Türkiyə ilə ABŞ arasında münasibətlərin bu dərəcədə gərginləşməsi regiona heç də müsbət amillər vəd etmir”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, Türkiyə ilə ABŞ arasında münasibətlərin gərginləşməsində heç şübhəsiz ki, hansısa maraqlı qüvvələr var: “Düşünmürəm ki, rəsmi Ankara və Vaşinqton münasibətlərin bu dərəcədə gərginləşməsində maraqlı olsunlar. Görünən odur ki, bölgədə gərginliyin artmasında və iki ölkə arasında münasibətlərin pozulmasında, daha dəqiq desək sanksiyaların tətbiq olunmasında maraqlı olan qüvvələr süni şəkildə bu vəziyyətdən yararlanmağa çalışırlar.NATO üzvü və bölgədə ABŞ-ın ən yaxın müttəfiqi sayılan qardaş Türkiyə ilə Amerikanın münasibətləri hər zaman yüksək səviyyədə olub. ABŞ-ın əvvəlki hakimiyyətləri dövründə biz dəfələrlə iki ölkə arasında strateji münasibətlərin şahidi olmuşuq. Bu yaxınlarda NATO sammitində Trampla Ərdoğanın mehriban və səmimi görüşünün şahidi olduq. Türkiyə regionda baş verən ən vacib məsələlərdə hər zaman ABŞ-ın yanında olub və əlbəttə ki, bu cür münasibətə layiq deyil.Niyə Türk-Amerika Assosasiyaları Assambleyası və ABŞ-dakı digər diaspor təşkilatları bu prosesdə susqun mövqe nümayiş etdirirlər. Hesab edirəm ki, illərdir ABŞ-da formalaşan güclü türk diasporu Türkiyə ilə ABŞ arasında yaşanan gərginliyi yumşaltmaq, yaranan anlaşılmazlığı aradan qaldırmaq və siyasi dialoqu bərpa etmək üçün hərəkətə keçməlidirlər. Münasibətlərin bu dərəcədə gərginləşməsi regiona heç də müsbət amillər vəd etmir”.

sia.az

Digər xəbərlər