Siyasət

  • 3 777

Elman Məmmədov: “Konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir" ÖZƏL-ŞƏRH

image

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Elman Məmmədov deyib ki, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir: “Bu proses uzun illər idi ki, davam edirdi. Burada cürbəcür məqamlar oldu. Eləcə də müəyyən məsələlərdə razılığa gəlməyən bəzi dövlətlər oldu. Nəhayət ki, 5 dövlət Xəzər dənizinin hüquqi status ilə bağlı bütün məsələlərdə ümumi razılığa gələ bildilər. Burada razılaşdırılmış məsələlər heç bir dövlətin milli, strateji, təhlükəsizlik, iqtisadi və s. məsələlərinə xələl gəlmədən həll olundu. Təbii ki, bu çox böyük uğurdur. Sammitin son yekun nəticəsi elə uğurlu alındı ki, bu həqiqətən də Xəzəryanı dövlətlər arasında olan bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etməsinə səbəb olacaq. Bu müqavilələr həm iqtisadi, siyasi, həm də hərbi sahədə, ekologiya sahəsində xeyirli oldu. Hesab edirəm ki, bizim dogma Vətənimizin, Azərbaycanımızın bu məsələdən qazancı, götürəcəyi xeyir hər istiqamətdə ürəkaçandır. Yəni Azərbaycanın ortaya qoyduğu bu illər ərzində nə şərtlər var idisə, onların hamısı bu sammit çərçivəsində imzalanan sənəddə öz əksini tapdı. Bu eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizliyin əsas şərtlərindən birinə çevrildi.Cənab Prezident İlham Əliyev orada öz çıxışı zamanı Cənubi Qafqazda təhlükəsizliyə və Ermənistanın işğalçılıq siyasətinə, bütün beynəlxalq qanunları pozmasına, BMT-nin məlum qətnamələrinə əməl etməməsinə və s. toxundu. Bu elə-belə toxunma halı deyildi. Ölkə başçısı həmin Xəzəryanı dövlətlərin rəhbərlərinin nəzərinə çatdırdı ki, əgər biz bütün məsələlərdə əməkdaşlıq ediriksə, bu məsələlərdə də mövqeyinizi göstərməlisiniz və ədalətli mövqe ortaya qoymalısınız. Cənab Prezident çıxışında Xəzəryanı dövlətlərin dövlətlərin ərazi bütövlüyü məsələsinə də toxundu və bildirdi ki, “Ermənistan tərəfindən bizim ərazi bütövlüyümüz pozulub. Əgər biz əməkdaşıqsa, tərəfdaşıqsa bütün məsələlərdə bir-birimizə kömək durmalıyıq”. Mən bu nəticələri alqışlayıram və uğur arzulayıram”.

sia.az

Digər xəbərlər