Siyasət

  • 3 592

Qabil Hüseynli: “Xəzərin hüquqi statusu qarşılıqlı etimadı daha da yüksəldəcək" ÖZƏL-MÖVQE

image

“Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər. Xəzəryanı dövlətlərin başçılarının Aktau Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq bildirdi ki, “Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”. Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Xəzəryanı dövlətlər arasında qarşılıqlı etimad, anlaşma və dostluq mühiti mövcuddur: “Çünki uzun müddət davam edən müzakirələrə tam da olmasa əsasən yekun vuruldu. Beləcə Xəzərin Konstitusiyası adlandırıla biləcək Konvensiya qəbul edildi. Konvensiyanın həll etmədiyi və gələcəkdə həll edilməsi zəruri ola biləcək məsələlər də hələ öz həllini gözləyir. Bütövlükdə Konvensiyanın imzalanması çox böyük addımdır. Xəzərdə indiyədək mövcud olan bir sıra mübahisəli məsələlər artıq hüquqi müstəviyə keçirilir. Bundan sonra mübahisələrin, fikir rəngarəngliyinin aradan qaldırılması üçün normal şərait yaradılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz çıxışında bildirdi ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə Azərbaycan, eləcə də onun xəzərdəki su ehtiyyatları Avropa və Asiya materiki arasında ən qısa və ən rentabelli nəqliyyatı həyata keçirməyə imkan verəcək. Eləcə də bu dövlətlərarası qarşılıqlı etimadı daha da yüksəldəcək. Zənnimcə bir sıra fikir ayrılıqlarının, xüsusilə Xəzərin dibinin neft sektorlara bölünməsi məsələsində hələ tam bir mexanizmin hazır olmamasına baxmayaraq bütövlükdə bu Konvensiya Xəzərin hüquqi statusunun müəyyən edilməsində bundan sonra əhəmiyyətli rol oynayacaq”.

sia.az

Digər xəbərlər