Siyasət

  • 4 215

“Aktau konvensiyası region üçün yeni imkanlar yaradır" ÖZƏL-ŞƏRH

image

“Ümumiyyətlə, Xəzərin hüquqi statusu ilə bağlı məsələni hələ illər öncə çox aktual bir mövzu kimi gündəmə gətirən məhz Azərbaycan diplomatiyası olub. Eləcə də Yekun Konvensiyasının hazırlanması və onun imzalanmasında da ən aparıcı güclərdən biri Azərbaycan diplomatiyasıdır. Hələ 1990-cı illərin əvvəllərində Xəzərin hüquqi status məsələsi bu qədər aktual idi. Azərbaycan Xəzərin enerji daşıyıcılarını Qərb bazarlarına bağlayandan dərhal sonra Xəzər dənizinin hüquqi statusu problem daha aydın üzə çıxdı. Məlumdur ki, Xəzərin enerji daşıyıcılarını Qərb bazarlarına ilk çıxardan ölkə məhz Azərbaycan olub. Azərbaycanın xarici siyasətində və Xəzər strategiyasında fikrimcə bir neçə məsələ ötən gün Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair imzalanan Konvensiyanın uğurla yekunlaşmasında çox həlledici rol oynadı”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, ümumən Xəzərin yekun Konvensiyası imzalana qədər Azərbaycanın bir neçə istiqamətdə atdığı addımlar bu uğurlu nəticəni şərtləndirdi: “Bunların birincisi Azərbaycanın Xəzəryanı dövlətlərlə münasibətdə çox konstruktiv mövqe göstərməsidir. Bildiyiniz kimi Azərbaycan həm status danışıqlarında, həm də Konvensiya imzalana qədər Xəzərin enerji ehtiyatlarının işlənməsində olduqca konstruktiv davranış sərgiləyib. Azərbaycanın imzaladığı Konvensiyaya qədər bəzi rəsmi sənədlər var ki, bunlar da Konvensiyanın imzalanmasına doğru gedən yolda çox həlledici rol oynadı. Məsələn, 2003-cü ildə Azərbaycan-Türkmənistan-Qazaxıstan və Rusiya arasında imzalanmış Xəzərin dibinin bölünməsi ilə bağlı üçtərəfli saziş, 2010-cu ildə Xəzərin üçüncü sammitində Azərbaycanın fəal iştirakı ilə imzalanmış Xəzərdə təhlükəsizliklə bağlı saziş fikrimcə Konvensiyaya doğru gedən yolda çox həlledici rol oynadı. Əlbəttə ən müstəsna əhəmiyyətli rol cənab Prezidentin də qeyd etdiyi kimi Xəzərin ekologiyasının və ətraf mühitinin qorunması sahəsində Azərbaycanın həm bir Xəzəryanı ölkə olaraq öz dövlətçilik maraqlarından çıxış etməsi nəticəsində bu istiqamətdə səmərəli fəaliyyət göstərməsi, həm də beynəlxalq İSO standartlarının çox məsuliyyətlə tətbiq olunması nəticəsində Xəzərin bioehtiyatlarının qorunmasıdır.Fikrimcə Xəzər dənizinin ekoloji mühitinin və bioehtiyatlarının qorunmasında və bərpa olunmasında Azərbaycanın inidyədək göstərdiyi fəaliyyət bir nümunədir. Mən başqa ölkələrin bu yöndəki fəaliyyətlərini heçə endirmək istəmirəm. Təbii ki, bu istiqamətdə başqa ölkələrin də çabaları, cəhdləri var. Amma Azərbaycanın bu sahədə göstərdiyi təcrübə, əldə etdiyi nəticələr demək olar ki nümunəvidir. Hesab edirəm ki, Xəzər dənizinin bundan sonra da sülh və təhlükəsizlik arealı kimi daha möhkəmləndirilməsində və etibarlı olmasında Azərbaycanın göstərdiyi ekolojiyönümlü fəaliyyətində xüsusi rol oynayacaq”.A.Quliyev bəzi məqamları da diqqətə çatdırıb: “Bu Konvensiyanın imzalanması ilə Azərbaycan Ermənistanın hələ 1990-cı illərdə ortaya atdığı Xəzəryanı ölkə statusu qazanmaq kimi xəyali bir imzasını tamamilə iflasa uğratdı. Hələ 1990-cı illərin əvvəllərində yəni Azərbaycan və Ermənistan yeni-yeni müstəqillik əldə etməyə başladığı dövrlərdə Ermənistanın və onun lobbisinin ən ciddi cəhdlərindən biri bu idi ki, Ermənistan Xəzəryanı ölkə status əldə etsin. Yəni təkcə birbaşa Xəzərə bağlı olan bu 5 ölkə yox, Xəzərə yaxın olan bir neçə ölkə, o cümlədən Ermənistan da Xəzəryanı ölkə status əldə etmək istəyirdi. Çünki Ermənistan düzgün olaraq hesablamışdı ki, Xəzərin enerji ehtiyatları var. Bu enerji ehtiyatlarının dünya bazarına nəql olunmasında şərik olmaq üçün Ermənistana Xəzəryanı ölkə status qazanmaq və Xəzərlə bağlı gedən proseslərdə iştirak etmək çox vacibdir. Ermənistan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvüdür və böyük cəhdlə o proseslərə qoşulub. Eyni ilə Xəzərlə bağlı iqtisadi, siyasi proseslərə də qoşulmaq Ermənistanın və onun lobbisinin çox ciddi hədəflərindən biri idi. Amma Azərbaycan diplomatiyasının tarixdə ən güclü qələbələrindən biri Ermənistanın Xəzəryanı proseslərə bir tərəf, şərik kimi qoşulmaq cəhdlərini iflasa uğratmaqdan ibarət oldu”.

sia.az

Digər xəbərlər