Siyasət

  • 4 100

"Konvensiyanın imzalanması ilə Xəzərdə iqtisadi əməkdaşlıq genişlənəcək" MÖVQE-ÖZƏL

image

“Bu günə qədər Xəzərdə statusun müəyyənləşdirilməməsi ilə bağlı dəfələrlə ciddi problemlər yaranırdı. Xüsusilə də Xəzərdə resursların işlənməsi ilə əlaqədar daha geniş fəaliyyət həyata keçirən ölkələrdən birinin Azərbaycan olduğunu nəzərə alsaq, bu məsələnin həllini tapmaması müəyyən çətinliklərə səbəb olurdu. Hətta bu məsələlər Azərbaycanınla xarici neft şirkətləri arasında razılaşmalara da təsir göstərə bilirdi. Bu baxımdan düşünürəm ki, Xəzərin statusu ilə əlaqədar Konvensiyanın imzalanması artıq Xəzərin Azərbaycan hissəsində ölkəmiz tərəfindən həyata keçirilən iqtisadi fəaliyyətlərin birbaşa olaraq hüquqi çərçivəyə salınması və bunun beynəlxalq tərəfdaşlar tərəfindən birmənalı tanınmasını şərtləndirəcək”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.Ekspert söyləyib ki, Konvensiyanın imzalanması ilə artıq hər ölkə öz sərhədlərini müəyyənləşdirdi: “Bunun nəticəsində 5 ölkə Xəzərdə öz fəaliyyətini daha da aktivləşdirəcək. Rusiya, Qazaxıstan, Türkmənistan və İranın bu hissədə fəaliyyətini aktivləşdirməsi Azərbaycan üzərindən yüklərin daşınması, tranzit imkanlarımızdan istifadə olunması, bu günə qədər bu istiqamətə yönəldilən yatırımlardan daha çox gəlir əldə edilməsi üçün şanslar yaradır”.R. Həsənov bildirib ki, Azərbaycanın Xəzəryanı ölkələrlə siyasi iqtisadi münasibətlərinin orta olduğunu nəzərə alsaq, hazırda ölkəmizin bu sazişdən əldə edəcəyi dividentləri daha çoxdur: “Azərbaycan Konvensiyadan öz iqtisadi maraqlarını təmin etməklə bölgənin tranzit mərkəzinə çevrilə bilər. Xəzər Hövzəsində Azərbaycanın payına düşən hissədə ölkəmizin maraqlarını qorumaq və bu hissələrin resurs ehtiyatlarının işlənməsi üçün xarici şirkətlərlə daha rahat şəkildə, heç bir müdaxilə olmadan razılaşmalar əldə etmək imkanların yaranması ölkəmizin iqtisadiyyatına və gələcək inkişafına pozitiv təsir göstərəcək.Ekspertin sözlərinə görə, Konvensiyanın imzalanmasında əsas məqamlardan biri Xəzərdə ilk növbədə iqtisadi əməkdaşlığın genişləndirilməsinə gətirib çıxaracaq: “Azərbaycanın Xəzərdən Avropaya çıxış qapısı olduğunu nəzərə alsaq, bu iqtisadi əməkdaşlıqdan ölkəmizin alacağı pay əhəmiyyətli səviyyədə artacaq”.

sia.az

Digər xəbərlər