Siyasət

  • 3 651

"Ermənistan qondarma vətənpərvərlik ruhunu qaldırmaq istəyir" ŞƏRH-ÖZƏL

image

"Yerevanın mərkəzi meydanında yerləşən xəritənin məqsədi düşmən ölkənin yenidən qondarma vətənpərvərlik ruhunu qaldırmaq və guya yeni Paşinyan hakimiyyətinin erməni milləti təşkilatı olan “Daşnaksütyun” ideyalarından qaynaqlanan qondarma “Böyük Ermənistan” prinsipinə sadiq olduğunu nümayiş etdirilməsindən ibarətdir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına müxtəlif formalarda ittihamlar səsləndirildiyini deyən siyasi şərhçi baş nazirin “Qarabağ klanı”na qarşı mübarizə aparması önə çəkildiyi və onun daha öncəki dövlət başçılarından fərqli olaraq daha az vətənpərvər olması ilə əlaqədar iddialar irəli sürüldüyünü bildirib: “Ona görə də, prinsip etibarı ilə Paşinyanın başı ya populist bəyanatlar verməyə, ya da bu qəbildən addımlar atmağa zəmin yaradır”.E.Mirzəbəyli söyləyib ki, Paşinyan siyasətə kütlədən gəldiyi üçün o, kütlə psixologiyasına oynayır: “Yəni yeni baş nazir böyük idarəçilik prinsiplərini bilməyən, diplomatik normalara əməl etməyi bacarmayan, dövlətlərarası münasibətlərdə önəm daşıyan klassik ənənələrə uyğun addım atmağı bacarmayan bir tip, obrazdır. Bu baxımdan atdığı addımlar da populist xarakter daşıyır. Zənnimcə, bu günə qədər ayrı-ayrı mətbuat orqanlarında yayımlayan, erməni millətçi təşkilatlarının təbliğ etdiyi həmin o xəritənin məqsədi həm dünyanın, həm də region dövlətlərinin diqqət mərkəzində olmaq, bu ölkənin klassik ənənələrini, meyllərini davam etdirdiyini nümayiş etdirməkdən ibarətdir”.Siyasi-şərhçi qeyd edib ki, Ermənistan bu cür addımlarla diqqəti əsas proseslərdən yayındırmağa çalışır: “Koçaryanın azadlığa buraxılması əslində Paşinyanın iradəsinin qırılması istiqamətində atılan çox tutarlı addımdır. Paşinyan bu günə qədər erməni xalqının adından danışdığını iddia edir, guya erməni xalqının iradəsi qarşısında hər hansı xarici faktorun önəm daşımadığını vurğulayırdı. Lakin Koçaryanın azad edilməsi sübuta yetirdi ki, Paşinyan fundamental olmayan məsələlərdə belə geriyə çəkilə və xarici dairələrin istək və arzularını nəzərə ala bilər”.

sia.az

Digər xəbərlər