Siyasət

  • 3 403

Deputat "Ermənistan bu xəstəlikdən sağalan deyil" MÜNASİBƏT-ÖZƏL

image

"Ermənistan atdığı heç bir addımla istədiyinə nail ola bilməyəcək. Sadəcə olaraq düşmən ölkə tarixən bir xəstəliyə düçar olduğunu bir daha nümayiş etdirmək istəyir”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Elman Məmmədov İrəvanın mərkəzi meydanına Azərbaycana, eləcə digər qonşu İran, Türkiyə, Gürcüstanın ərazi iddiaları ilə bağlı şəkil yerləşdirməsinə münasibət bildirərkən deyib.Ermənistanın ərazi iddiaları ilə bağlı ağır xəstəliyə tutulduğunu deyən deputat bildirib ki, düşmən ölkə bunu hər kəsə bəyan etmək istəyir: “İrəvanın mərkəzi meydanına ərazi iddiaları ilə bağlı xəritənin asılması düşmən ölkənin həm ruhu, həm də psixoloji cəhətdən anormal siyasət yürütdüyünü göstərir. Ermənistan illərdir ki, hər bir erməninin başına guya onların tarixən qədim millətlərindən biri, böyük imperiyaya sahib olduqları ilə əlaqədar mifi yeritməyə çalışır. Bu, əlbəttə, ağıldan kəm insanların xülyalarından başqa bir şey deyil”.E.Məmmədovun sözlərinə görə, başqa cəmiyyətlərdən fərqli olaraq Ermənistanda millət bütövlükdə xəstədir: “ Onlar təkcə Azərbaycana deyil, eləcə də İran, Gürcüstan, Türkiyə, hətta Suriya, Mesopotomiya ərazilərinə də iddialıdırlar. Ermənistan gələcəkdə hətta bu gün onları qoruyan Rusiyaya qarşı da ərazi iddiası ilə çıxış edə bilər. İsa peyğəmbərin erməni olması, xristianlığın guya Ermənistandan yayılması və hətta Nuhun gəmisinin belə onlarda olması ilə bağlı gülünc fikirlər irəli sürən bir dövlətdən bu cür addımın atılması onların psixoloji durumunun göstəricisidir. Ən pisi də odur ki, Ermənistan bu xəstəlikdən sağalan deyil”.Deputat qeyd edib ki, Ermənistan atdığı addımlarla həm də cəmiyyətində hökm sürən narazılıqları yayındırmaq istəyir.

sia.az

Digər xəbərlər