Siyasət

  • 3 799

"Konvensiyanın imzalanması Azərbaycanın mövqelərinin tanınması deməkdir" MÖVQE-ÖZƏL

image

“Xəzər hövzəsi Qara dəniz hövzəsi kimi əhəmiyyətli və dünyanın ən strateji yerlərindən biridir. Bura eyni zamanda həssas bölgədir. Burada dövlətlərin statusu, dövlətlərarası münasibətlər sistemi, Qara dəniz bölgəsindən fərqli olaraq karbohidrogen ehtiyatlarının olması ilə əlaqədar mübahisəli məsələlər var idi ki, Xəzərin statusu haqqında Konvensiyanın imzalanması bütün bu problemlərin həllinə son qoymuş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fərəc Quliyev deyib.O bildirib ki, Konvensiyanın imzalanmasında uzun illər Azərbaycan diplomatiyası çox uğurlu iş aparıb: “Azərbaycan illərdir ki, haqlı prinsipindən əl çəkməyərək mövqeyini müdafiə edərək, inandırmaq siyasəti yürütdü. Ölkəmizin qonşu ölkələrlə yüksək səviyyədə münasibət quraraq, əməkdaşlıq aparması nəticə etibarı ilə Azərbaycanın maraqlarının sözügedən Konvensiyada təmin olunması ilə nəticələndi”.Deputat sənədin siyasi tərəflərinə toxunaraq vurğulayıb ki, Konvensiya ölkələr arasında ziddiyyətlərin aradan qaldırılması ilə yanaşı, həm də xoş münasibətlərin yaranmasına öz töhfəsini verəcək: “Ərazi barış və sabitlik bölgəsinə çevrilir. Bu məsələ ölkələrin, sosial, iqtisadi və digər sahələrdə birgə fəaliyyəti üçün geniş imkanlar açacaq. İranın və Rusiya arasında münasibətlərin yaxşılaşması, Ermənistanın mövqelərinə xüsusilə də mənfi təsir göstərəcək. Bundan başqa ortada etimad məsələsi olacaq. Belə ki, hərbi məsələlərdə, silah-sursatın alınması, Xəzər donanmasının tərkibə qonşu dövlətlərin vəsaitlərinin daxil edilməsi kimi məsələlər də öz həllini tapmış oldu. Bu baxımdan Konvensiyanın imzalanmasının çox ciddi uğur hesab edir, bunu Azərbaycan tərəfinin bu uğurun qazanılmasında digər dövlətlərə verdiyi töhfə kimi qəbul edirəm. Çünki, Azərbaycanın bu istiqamətdə səyləri digər ölkələrlə müqayisədə xeyli artıq olub”.F.Quliyevin sözlərinə görə, Konvensiyanın imzalanması eyni zamanda Azərbaycanın mövqelərinin tanınması deməkdir: “Azərbaycan münasibətlərdə ziddiyyətlərə nöqtə qoymuş oldu. Belə olan halda, bundan sonra artıq ölkələr arasında ikitərəfli münasibətlərdə fərqli mənzərə yaranacaq. Konvensiya dövlətlərin bir-birinin güclənməsində maraqlı olmasına imkan yaradacaq ki, bu da ortaq layihələrin həyata keçirilməsinə üçün geniş şərait yaradacaq”.Sənədin siyasi tərəfləri ilə yanaşı iqtisadi tərəfdən mühüm əhəmiyyət kəsb etdiyini deyən deputat əlavə edib ki, Konvensiyanın imzalanmasından sonra istehsal, kəmərlərin keçməsi, yükdaşımalar kimi əhəmiyyətli məsələlər hər 5 ölkə üçün vacibdir.

sia.az

Digər xəbərlər