Deputat: “Ermənistanın ərazi iddiasının heç bir əsası yoxdur” MÖVQE-ÖZƏL

“Ermənistan tarixi boyu ərazi iddiaları ilə çıxış edib və bu iddiaları, xainlik və apardığı işğalçılıq siyasəti ilə özünə yer edərək respublika yaradıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.Düşmən ölkənin ərazi iddialarının bu gündə davam etdiyini deyən deputat bildirib ki, Ermənistan hesab edir ki, Azərbaycan eləcə də, digər İran, Türkiyə, Gürcüstana ərazi iddiaları sürməklə nəyəsə nail ola biləcək.Onun sözlərinə görə, artıq zaman dəyişib və hər ölkənin öz ərazisi var: “Bu baxımdan düşmən ölkənin ərazi iddiası irəli sürməsi heç nəyi dəyişə bilməz. Çünki, haradansa köç edib oturan bir millətin torpaq iddiası irəli sürməsinin heç bir əsası yoxdur”.Azərbaycan hər zaman öz ərazi bütövlüyünü təmin etmək iqtidarında olduğunu xüsusi vurğulayan A. Badamov söyləyib ki, ölkəmiz öz niyyətindən əl çəkən deyil: “Ermənistanın ərazi iddiası sürməsinə baxmayaraq, ölkəmiz işğal altında olan torpaqlarımızı tezliklə azad edəcək və bununla da onlar kimin nəyə qadir olduğunu bir daha görmüş olacaqlar”.Hazırda Ermənistanda sabiq prezident Robert Koçaryanla əlaqədar etiraz aksiyalarının keçirildiyini dilə gətirən deputat qeyd edib ki, vaxtilə Koçaryan da Qarabağ kartı, “Böyük Ermənistan” xülyaları ilə hakimiyyətə gəlib: “İrəli sürülən iddialar Koçaryanların, Sarkisyanların beyninin məhsuludur ki, hazırda bu məsələnin yenidən gündəmə gəlməsi onun Paşinyan hakimiyyətinə də sirayət edilməsi məqsədi daşıyır. Ermənistanda yaranan xaosun kökündə də hazırda irəli sürülən iddialar dayanır”.

sia.az