Siyasət

  • 5 619

Arzu Nağıyev: "Bütün proseslərin kökündə Dağlıq Qarabağ məsələsi dayanır" ŞƏRH-ÖZƏL

image

“Son vaxtlar Ermənistanda “Qarabağ klanı”na qarşı olan total həbslər və digər məsələlər elə bir müstəviyə gəlib çıxıb ki, artıq onlar Qarabağ olmayandan sonra klan kimi heç kimə lazım olmadıqlarını anlamağa başlayıblar”. Bu fikirləri SİA-ya düşmən ölkənin Azərbaycana, eləcə də qonşu dövlətlərə qarşı ərazi iddiaları məsələsini gündəmə gətirməsi məsələsinə münasibət bildirərkən siyasi şərhçi Arzu Nağıyev deyib.Hazırda düşmən ölkədə keçmiş prezidenti Robert Koçaryanın yenidən hakimiyyətə qayıtmaq məsələsinin gündəmə gəldiyini deyən siyasi şərhçi bildirib ki, Koçaryan etdiyi hər iki çıxışında dolayı yolla da olsa Azərbaycan haqqında fikirlər söyləyir və buna paralel olaraq Paşinyan hakimiyyətinin idarəçiliyə qadir olmadığını dəfələrlə təkrar edir: “ Koçaryan da, Sarkisyan ya bilir ki, Dağlıq Qarabağ problemi həll olunduqdan sonra tprətdikləri cinayət əməllərinə görə, onların həbs olunması birmənalı şəkildə gündəmdədir”.Ərazi iddiaları ilə məsələnin yenidən gündəmə gəlməsində Rusiyanın da marağı olduğunu dilə gətirən A. Nağıyev söyləyib ki, çünki Rusiya Dağlıq Qarabağ məsələsinin gündəmdə olduğu müddətdə Ermənistanı öz vassalı kimi istifadə edib, saxlaya bilir: “Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsa, bu məsələlər avtomatik olaraq həllini tapmış olacaq. Məhz buna görə də Ermənistan daxildə yenidən ərazi iddiası ilə bağlı məsələni gündəmə gətirməyə başlayıb”.Paşinyanın Ter-Petrasyanın xeyr-duası ilə həm Xaçaturyanın, həm Qriqoryanın həbsinə, Koçaryan haqqında cinayət işinin qaldırmasına, nail olduğunu deyən siyasi şərhçi qeyd edib ki, bu gün Ermənistanda yeni baş nazirin hakimiyyətə gəlişinin 100 günü ilə əlaqədar keçiriləcək mitinqdə hesabat olaraq ortaya qoyulacaq.A. Nağıyev əlavə edib ki, bütün proseslərin kökündə Dağlıq Qarabağ məsələsi dayanır: “Bu da o deməkdir ki, Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çəkmir, danışıqlara getmirlər. Lakin Paşinyan hakimiyyəti bir qədər addımlar atmaq istəyir. Çünki Paşinyan bilir ki, Qərbin layihələrinə qoşulması üçün ilk olaraq bu problem öz həllini tapmalıdır. Eyni zamanda Rusiyaya tətbiq edilən sanksiyalar var ki, onlar Ermənistanla münasibətlərin əvvəlki qaydasına düşməsinə imkan verməyəcək. Bu baxımdan bütün baş verənlərin “Qarabağ klanı” və Rusiya ilə bağlı olduğunu və hazırkı vəziyyətin nəyin bahasına olursa-olsun Paşinyanın hakimiyyətdə qalması üçün seçkilərə qədər uzadılacağını düşünürəm”.

sia.az

Digər xəbərlər