Rauf Əliyev: Beynəlxalq hesabatlardakı məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir

«Beynəlxalq reytinq agentlikləri Azərbaycan iqtisadiyyatının inkişaf tempinə dair müsbət proqnozlar verirlər». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, “Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini proqnozlaşdırıb. Hesabatda deyilir ki, Azərbaycanda ÜDM-in artımı bu il 1,5 faiz, gələn il 3 faiz olacaq.
«Nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycanın inkişafı ilə bağlı pozitiv dəyərləndirmələri ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Hesabatlarda əks olunan məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və səmərəli sosial-iqtisadi siyasət ölkəmizin davamlı inkişafını təmin edib. Bütün sahələrdə əldə edilən möhtəşəm nailiyyətlərin fonunda Azərbaycanın perspektiv inkişafı ilə bağlı müsbət proqnozlar əminliklə ifadə olunur”.
“Moody’s” reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyinə, ölkəmizdə ÜDM-in artımının bu il 1,5 faiz, gələn il 3 faiz olacağına dair proqnoz verməsi Azərbaycanın iqtisadi uğurlarının beynəlxalq miqyasda diqqət mərkəzində olduğunu göstərir. Başqa sözlə, Azərbaycanın sosial-iqtisadi nailiyyətlərinin beynəlxalq reytinq agentliklərinin hesabatlarında əks olunması təqdirəlayiq və sevindirici haldır»-deyə, R.Əliyev vurğulayıb.

yap.org.az