Siyasət

  • 3 711

Deputat: "Paşinyan Ermənistan üçün bir eksperimentdir" AÇIQLAMA-ÖZƏL

image

“Ermənistan öz xülyası ilə xalqı aldatmağa çalışır. Bunun sonunun müsibətlərlə bitəcəyini anlamırlar. Vaxtilə almanlar da bu cür ideologiya həyata keçirdilər və nəticə də onların başlarına müsibətlər gəldi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, tarixçi alim Fəzail İbrahimli deyib.O bildirib ki, düşmən ölkə tərəfindən qonşu ölkələrə qarşı ərazi iddiası faşizmin bir növüdür: “ Onlar bu iddialarla xalqı aldadır, hakimiyyət qurur və ya dəyişdirirlər. Vaxtilə keçmiş prezident Sarkisyan Dağlıq Qarabağda tökdüyü qanlarla fəxr edirdi. Nə oldu sonu?”.F.İbrahimli söyləyib ki, baş nazir Nikol Paşinyan da Ermənistan üçün bir eksperimentdir: “Paşinyanın hakimiyyətə gəlməsi xalqın sevgisi ilə bağlı deyil. Sadəcə xalq Koçaryan, Sarkisyan, hakimiyyətindən o qədər bezmişdi ki, Paşinyandan istifadə etməklə keçmiş hakimiyyətə olan nifrəti ifadə etmiş oldular. Xalqa narazılıqlarını ifadə etmək üçün 1 nəfər lazım idi ki, Paşinyan da bu missiyanı öz üzərinə götürmüş oldu”.Deputat qeyd edib ki, hazırda Paşinyanın hansı dövlətə və kimlərə xidmət etməsi naməlumdur: “ Hələ biz bilmirik ki, onun məqsədi nədir və necə oldu ki, hakimiyyətə gəldi. Hesab edirəm ki, bununla bağlı sirlər də açılacaq. Düşünürəm ki, Paşinyanın düşüncələri, onun yeritdiyi siyasət, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində yürütdüyü təmkinsiz, aqressiv mövqeyi, xalqı ələ almaq üçün özünü qəhrəman kimi qələmə verməsi çox qısa zamanda sona çatacaq”.“Böyük Ermənistan” iddiasının xülya olduğunu deyən F. İbrahimli qeyd edib ki, iqtisadiyyatı, siyasəti, hərbisi Rusiya tərəfindən özəlləşdirilən ölkənin müstəqil addım atmaq imkanı yoxdur: “Əgər nə vaxtsa Ermənistan hakimiyyətinə düzgün düşünmək qabiliyyətinə malik bir şəxs gəlsə, o zaman bu ölkənin gələcəyindən nəsə danışmaq olar”.

sia.az

Digər xəbərlər