Siyasət

  • 4 726

Cəsarət Hüseynzadə: “QHT-lərdən də istifadə edilir” AÇIQLAMA

image

“Yeni dünya düzənində vətəndaş cəmiyyəti təşkilatlarının rolu əhəmiyyətli dərəcədə vacibdir”. Bunu SİA-ya açıqlamasında "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.Onun sözlərinə görə, Azərbaycanda da bu tip institutların fəaliyyəti üçün imkanlar yaradılmışdır: “Müxtəlif sahələrində QHT-lər öz fəaliyyəti ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Çox təəssüf ki, bəzi Qərb dövlətləri digər ölkələrə daxili işlərində, siyasi rəhbərliyi təsir etmək baxımından QHT-lərdən də istifadə edilir. Eyni proses müxtəlif zaman kəsiyində də Azərbaycanda da baş verib. Bu proseslərdə həm Leyla Yunus, həm Xədicə İsmayıl və eyni zamanda mühacirətdə olan bəzi QHT rəhbərləri də fəal iştirak etmişlər. Bu prosesdə məhz adı çəkilən şəxslərin birbaşa həmin qüvvələrin “cızdığı yolla” hərəkət etməsi heç kimə sirr deyildir. Necə deyərlər, görünən dağa bələdçi lazım deyil. Xatırlasaq ki, Leyla Yunusun həbsdə olduğu müddətdə, onun müxtəlif formada Qərbdə apardığı işlərə diqqət etsək, bəlli olur ki, bu qüvvələrin formalaşmış geniş şəbəkəsi mövcuddur. Şəbəkə fəaliyyəti üçün geniş maliyyə imkanları da ayrılır. Bu xarici qüvvələrin diktəsi ilə hərəkət edən qüvvələrin əsas missiyası onlara verilən tapşırıqlara uyğun hərəkət etməkdir. Ölkəmizdə fəaliyyət göstərən QHT-lərin fəaliyyətində əsas nəzərə alınan məqam dövlət və mili maraqların nəzərə alınmasıdır. Bu amilləri nəzərə almadan hansı vətəndaşın hüquq və azadlıqlarını qorumaq olar? Hansı vətəndaşın sosial təminatını reallaşdırmaq olar? Əlbəttə bu gün vətəndaş cəmiyyəti sektorunda çalışan hər bir azərbaycanlı bütün bu meyarları əsas tutaraq, cəmiyyətin inkişafına dəstək olur. Bu gün QHT-lər problemləri uyğun qurumların diqqətinə çatdırmaqla yanaşı, həmin problemlərin həlli istiqamətində öz təkliflərini irəli sürür. İnsan hüquqlarının qorunmasıdan danışırıqsa, Azərbaycan hökumətinin bu sahədə də müxtəlif uğurlu təcrübələri var. Bununla bağlı bir misalı qeyd etmək istəyirəm. 2006-cı ildən ədliyyə naziri yanında tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən formalaşdırılmış İctimai Komitə fəaliyyət göstərir. Bu Komitənin üzvlərinin heç kimə xəbərdarlıq etmədən həbsxanada məhbuslarla görüşərək, onların vəziyyəti ilə tanış olub və müvafiq monitorinq aparmaq hüquqi var. Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışan bəzi QHT-lərin ifşası üçün biz QHT-lər tərəfindən müəyyən addımların atılması da vacibdir. Düzdür daxili auditoriya onların fəaliyyəti, hansı qüvvələrin diktəsi ilə fəaliyyət göstərməsi haqqında məlumatlıdır. Amma bu yalanların mütəmadi olaraq, üzə çıxarılması həm KİV, həm də sosial şəbəkələrin imkanlarında istifadə etmək lazımdır. Digər və ən əsas məqam bu yalanların xarici auditoriyaya üçün ifşa edilməsdir. Bununla bağlı QHT-lərin beynəlxalq tədbirlərdə iştirak etməsi, xarici jurnalistlərin Azərbaycana səfərlərinin təşkil edilməsi vacib məsələdir. Eyni zamanda xarici auditoriya ünvanlanmış ixtisaslaşmış saytların fəaliyyətinin genişləndirilməsi də bu prosesdə mühüm rol oynaya bilər”.

sia.az

Digər xəbərlər