Siyasət

  • 3 146

Politoloq: “Ermənistan hər zaman Rusiyadan pul dilənir" ÖZƏL-ŞƏRH

image

“Erməni cəmiyyəti Rusiya və Azərbaycan prezidentləri arasındakı keçirilmiş görüşdən narahatdır”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, erməni cəmiyyəti və Paşinyana müxalif olan siyasi qüvvələr düşünür ki, Rusiyanın Paşinyanla münasibətləri müəyyən soyuqlaşdığına görə Rusiya Azərbaycana (strateji tərəfdaşlıq və Qarabağ münaqişəsiin həlli ilə bağlı) bir ümid verə bilər: “Erməni cəmiyyətində belə bir narahatlıq vardır. Bu narahatlığı ortadan qaldırmaq üçün Paşinyan mütləq Rusiyaya səfər etməyə və Putinlə görüşməyə ehtiyacı var. Amma düşünürəm ki, ciddi mövzular müzakirə olunsun.Azərbaycanın potensialı var ki, Rusiyada bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qursun, 5 milyard dollar civarında silah alsın və böyük regional layihələri müzakirə etsin və s. Bütün bunlar Rusiya-Azərbaycan arasındakı əməkdaşlıqda mövcuddur. Rusiya ilə Ermənistan arasındakı əməkdaşlıqda isə bu mövzular yoxdur. Ermənistan hər zaman Rusiyadan (silah, ərzaq almaq üçün və qazın qiymətinin aşağı olması ilə bağlı) pul dilənir. Ona görə də Paşinyanın bu səfər ehtiyacı var. Bu gün Rusiyanın Ermənistanda olan son həbslərdən narahatlığı var. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana zəng edərək onu doğum günü münasibətilə təbrik etdi. Bu əslində Paşinyana mesaj idi ki, mənim dostlarımla işin olmasın”.

sia.az

Digər xəbərlər