Səyavuş Heydərov: Respublikamız dünyada multikulturalizm mərkəzinə çevrilib

«Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin, dövlət din siyasətinin uğurla davam etdirilməsi sayəsində ölkəmizdə tolerantlıq və birgəyaşayış mühitinin nümunəvi modeli formalaşıb, respublikamız dünyada multikulturalizm mərkəzinə çevrilib». Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.S.Heydərov bildirib ki, son illərdə Azərbaycanda keçirilən çoxsaylı forumlar və bu forumlarda bəşəriyyəti son dərəcə narahat edən təhlükəsizlik problemlərinin həllinə yönəlmiş çağırışlar da buna əyani sübutdur.«Eləcə də Azərbaycan dövlətinin din siyasətini digər müsəlman ölkələrindən fərqləndirən amillərdən biri də onun hər hansı məzhəbə deyil, İslamın təməl prinsiplərinə söykənməsidir. Bu gün ölkəmiz vəhdət, həmrəylik prinsiplərinin daim qorunmasına böyük səylərlə çalışır. Bunun da nəticəsində Azərbaycanın dünyada sülhpərvər bir ölkə kimi nüfuzu sürətlə artmaqdadır»-deyə, o, vurğulayıb.

yap.org.az