Siyasət

  • 3 894

"Rusiyaya ilə imzalanan sənədlər əməkdaşlığımızı daha da artıracaq" ŞƏRH-ÖZƏL

image

“Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm əlaqələrin dövlətlərarası münasibətlərə xüsusi dinamizm verdiyini dilə gətirən politoloq söyləyib ki, iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi həm Azərbaycan, həm də Rusiya üçün mühüm əhəmiyyət kəsb edir.R.Məmmədov bildirib ki, Rusiya ilə Azərbaycan əlaqələrinin tarixi köklərə bağlıdır: “Bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Ulu Öndər Heydər Əliyevin mühüm rolu olub. Hazırda Prezident İlham Əliyev də bu yolu uğurla davam etdirərək ölkələr arasında münasibətlərin yüksək inkişafı istiqamətində uğurlu xarici siyasət həyata keçirməkdədir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ermənistandan başqa bütün ölkələrlə mehriban, dostluq, əməkdaşlıq əlaqələrinə malikdir”.Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiyaya səfərinə toxunan politoloq səfər çərçivəsində imzalanan sənədlərin ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığının daha da artacağını qeyd edib.R.Məmmədov iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq ənənələrindən söz açaraq deyib ki, Rusiya Ermənistanı silahla təmin etsə də, Azərbaycan bütün sahələrdə olduğu kimi bu sahədə də düşmən ölkəni qabaqlayır: “Son dövrlər Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginliyinə fikir versək deyə bilərik ki, hazırda Azərbaycanla Rusiya arasında olan münasibətlərinin səviyyəsi daha üstündür. Düşmən ölkə ilə Ermənistan arasında münasibətlərinin pozulması da baş nazir Nikol Paşinyanın həyata keçirdiyi siyasətlə bağlıdır”.Politoloq əlavə edib ki, son dövrlər Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində xoşməramlıdır: “Rusiya artıq Ermənistana təzyiq də etməkdədir. Belə olan halda, Ermənistanın tezliklə daha acınacaqlı vəziyyətə düşəcəyi qaçılmazdır. Azərbaycanın baş verənlərdən yalnız bir istəyi var ki, oda ərazi bütövlüyümüzün təminidir. Hesab edirik ki, baş verənlər nəticə etibarı ilə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnəcək”.

sia.az

Digər xəbərlər