Siyasət

  • 3 049

Rövşən Rzayev: Ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi davam etdirilir

image

«Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə tənzimlənməsi, torpaqlarımızın işğaldan tezliklə azad edilməsi üçün qətiyyətli və məqsədyönlü siyasət aparmaqla yanaşı, müharibədən zərər çəkən insanların, məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet istiqamət kimi müəyyənləşdirib». Bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.R.Rzayev bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, müvəqqəti məskunlaşma yerlərində ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi davam etdirilir.«Bu il istifadəyə verilmiş “Qobu Park” yaşayış kompleksinə Bakıda qəzalı vəziyyətdə olan binalardan və zirzəmilərdən yüzlərlə məcburi köçkün ailəsi köçürülüb. Bu məqsədlə yeni yaşayış binaları inşa edilir, məcburi köçkünlər üçün qəsəbələr salınır»-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

yap.org.az

Digər xəbərlər