Siyasət

  • 2 448

Umud Rəhimoğlu: “Rusiya Azərbaycan üçün önəmli ölkədir" ÖZƏL-MÜNASİBƏT

image

“Ümumiyyətlə, Rusiya Federasiyası Azərbaycan üçün önəmli bir ölkədir. Rəsmi Moskva bizim ən yaxın qonşumuzdur. Rusiya ilə Azərbaycanın münasibətlərinin yaxşı olması hesab edirəm ki, bizim üçün son dərəcə vacibdir və maraqlarımızla üst-üstə düşür”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan bu yana qonşu ölkələrlə çox sıx münasibətlər qurub: “Hesab edirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfəri və son dövrdə edilən görüşlər çox effektlidir: “Cənab Prezidentin apardığı danışıqlar öz bəhrəsini verəcək. Ölkələrimiz arasında siyasi əməkdaşlıq son illər nəzərə çarpacaq dərəcədə canlanıb. Rusiya prezidenti Vladimir Putinin Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərləri iki ölkə ərasındakı münasibətləri daha da gücləndirir.Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etdirilməsi xalqlarımızın köklü maraqlarının və amallarının reallaşmasına, hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradacaq, Cənubi Qafqazda, habelə onun hüdudlarından kənarda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə müştərək töhfə olacaq”.

sia.az

Digər xəbərlər