Siyasət

  • 4 712

“Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır" ÖZƏL-ŞƏRH

image

“Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasındakı Soçi görüşünün nəticələrinə iki ölkə mediasında çox yüksək qiymət verilir. Bu səfər dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə davamlı olmasını nümayiş etdirdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.Onun sözlərinə görə, dövlət müstəqilliyimizi bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın qorunub saxlanması və möhkəmlənməsi ölkəmizin xarici siyasətinin vacib prioritetlərindən biri olub: “Şübhəsiz, bu siyasətin yeridilməsində ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Məhz Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan - Rusiya münasibətlərini normallaşdırmağa nail oldu. Hazırda isə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilib. Bildirim ki, bu səfər bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verəcək. Hər iki dövlət rəhbərinin rəsmi və işgü-zar səfərləri zamanı müxtəlif sahələr üzrə çox mühüm sənədlər imzalanıb. Qeyd edək ki, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının intensive fəaliyyətinin nəticəsi olaraq, ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək dinamizmlə inkişaf edir. Həmçinin iki dövlət arasında münasibətlər açıq və səmimi xarakter daşıyır”.Millət vəkili əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinə bundan sonra da fəal dəstək göstərəcəyini diqqətə çatdırıb: “Həmçinin Prezident İlham Əliyev qeyd etmişdir ki, bu münaqişə regionda sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. Hazırda Azərbaycan regionlararası iqtisadi əməkdaşlığın prioritet istiqamətlərinin, müştərək layihələrin həyata keçirilməsinin ictimai-siyasi, mədəni-humanitar məsələlərinin müzakirə edildiyi mühüm məkana çevrilib. Dövlət başçılarının Soçi görüşü sübut etdi ki, Azərbaycan - Rusiya münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və sürətlə inkişaf edir”.

sia.az

Digər xəbərlər