Siyasət

  • 3 365

“Paşinyan vəba xəstəliyinə tutulmuş toyuğa bənzəyir" ÖZƏL-MÖVQE

image

“Nikol Paşinyan çox ağır durumdadır. Hətta onu vəba xəstəliyinə tutulmuş toyuqa bənzədərdim. Çünki, hakimiyyətə gəlmiş Paşinyanın qarşısında Qərb kifayət qədər məsələr qoyulub. Bunlar əsasən Qərbin və ABŞ-ın siyasətini dəstəkləmək, Avropaya inteqrasiya olunmaq, Rusiyadan uzaqlaşmaqdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndən sonra qərbyönümlü kifayət qədər kadrını öz komandasına yerləşdirmişdir: “Bu da Paşinyanın Moskvanın qəzəbinə gəlməsinə gətirib və ona görə də Putin Paşinyanla görüşməkdə israrlıdır. Ermənistanın bugünki vəziyyəti çox ağır durumdadır və Rusiyasız yaşamaq imkanında deyil. Ermənistanın arteriyalarına vurulan qan Rusiyanın əlindədir. Ona görə də Paşinyan başını itirib və hansı istiqamətdə gedəcəyini, kimdən yapışacağını bilmir. Paşinyanın Moskvaya səfərində bu məsələlərin müzakirəsi əsas mövzu olacaqdır. Moskva Paşinyanın siyasətini heç də xoşlamır. Ona görə də deyə bilərəm ki, Paşinyanı Moskvada ağır bir görüş gözləyir.Düşünürəm görüşdə müzakirə olunacaq məslələrdən birisi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ olacaqdır. Çünki, sentyabrın 1-də cənab İlham Əliyevlə görüşü zamanı Putin münaqişənin həllində Rusiya aktivliyini artıracağını demişdir. Düşünürəm ki, Paşinyanın Moskvaya səfərində münaqişənin həll edilməsi istiqamətdə Azərbaycanla danışıqların intensivləşdirilməsinə tapşırıqlar veriləcəkdir. İndiki vəziyyətdə Paşinyanın Moskvanın dediyini etməkdən başqa əlacı yoxdur və ona görə də münaqişənin nizamlanmasında dəyikliklərin olacağını düşünürəm”.

sia.az

Digər xəbərlər