Siyasət

  • 4 586

Musa Qasımlı: “Prezidentin səfəri qarşılıqlı münasibətlərdə yeni addım olacaq” ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xorvatiya Respublikasına səfəri böyük əhəmiyyət daşıyır”. Bunu SİA-ya açıqlamasında millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.“Hər şeydən əvvəl bu onunla bağlıdır ki, Azərbaycan-Xorvatiya münasibətlərinin beynəlxalq hüquq müqavilə əsasları yaradılıb. Siyasi, ticarət, iqtisadi, elmi texniki, mədəni və hümanitar sahələrdə geniş əməkdaşlıq var. Xorvatiyanın yerləşdiyi Avropanın Cənubu, Balkan yarımadası dünyanın mühüm geosiyasi məntəqələrindən biridir. Azərbaycan dövləti Balkan regionunda bir sıra layihələri həyata keçirir. Fikrimcə, cənab Prezidentin Xorvatiya Respublikasına səfəri qarşılıqlı münasibətlərdə yeni addım olacaq”, - deyə, deputat fikrini tamamlayıb.Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin “Franyo Tucman” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. “Franyo Tucman” aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşılayıblar.

sia.az

Digər xəbərlər