Politoloq: “Rusiya revanş götürmək niyyətindədir" ÖZƏL-ŞƏRH

“Sentyabrın 8-də Ermənistan baş naziri Nikol Paşinyanın Moskvada növbəti görüşü planlaşdırılır. Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bu görüşdə açıq və ciddi danışıqların olacağını qeyd edib. Əslində bu bəyanat Paşinyana yönəlmiş xəbərdarlıqdır və “açıq və ciddi danəşıqlar” terminin işlədilməsi Ermənistanın Rusiyaya qarşı mövqeyinin dəqiqləşdirilməsi tələbidir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.Onun sözlərinə görə, Ermənistanda baş vermiş siyasi hakimiyyət dəyişikliyi Rusiyanın gözləmədiyi və nəzarət edə bilmədiyi bir proses idi: “Hadisələrin arxasınca sürünən Rusiya revanş götürmək niyyətindədir. İndiyə qədər Putin Paşinyanla iki dəfə görüşərək 3 dəfə telefon danışıqları aparıb. Göründüyü kimi bu görüşlərin konkret nəticələri olmayıb və Paşinyan Rusiya qarşısında “Qarabağ klanı” dövründəki güzəştləri təkrarlamaq niyyətində deyil. Meydanlarda erməni xalqına gen –bol vədlər verən Paşinyan korrupsioner “Qarabağ klanını” tərəfindən ciddi maneyəyə rast gəlib. Bu klanın Putin tərəfindən idarə olunduğu da sirr deyil. Görünür Putin rusiyayönümlü olmayan bir iqtidara iqtisadi dəstək vermək niyyətində deyil.Bəzi ekspertlər bu görüşün baş verməsini Paşinyanın istəyi kimi qələmə versələr də gerçəkdə danışıqların davam etməsini tələb edən tərəf Rusiyadır. Bu görüşdən Paşinyanın da istəkləri var. Bu ilin əvvəlindən torpaqlarımızın işğaldan azad olunması istiqamətində ciddi irəliləyişlərin olduğu göz qabağındadır. Bu günlərdə türk dövlət başçılarının görüşündə Prezident İlham Əliyevin , Türkiyə prezidenti Rəcəb Tayyip Əroğanın və türk dünyası ağssaqqalı adını almış Nursultan Nazrabayevin prinsipial mövqeyi Ruisya və Ermənistan siyasi hakimiyyətini çıxılmaz vəziyyətə qoyub. MDB dövlətləri tərəfindən Rusiya və Ermənistandan Qarabağla bağlı “ciddi və açıq mövqeyin” ortya qoyulması tələb olunacağı gün uzaqda deyil”.

sia.az