Siyasət

  • 3 602

Partiya sədri: “Paşinyanın hakimiyyətdəki ömrü uzun olmayacaq" ÖZƏL-ŞƏRH

image

“Nikol Paşinyanın Ermənistan hakimiyyətində ömrü çox uzun olmayacaq. Artıq onun özü də bunu dərk etməyə başlayır”. Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.Onun sözlərinə görə, Paşinyanın Rusiya ilə münasibətlərin əvvəlki kimi yaxşı olacağı ilə bağlı verdiyi bəyanatlar, onun guya əvvəlki Yerevanın Moskvaya münasibətdəki siyasətinə sadiq olacağı ilə bağlı söylədikləri yalana hesablanıb: “Onun davranışları, atdığı addımlar ondan xəbər verir ki, Paşinyanın Qərbə meylliyi var. O Qərblə, xüsusilə də Amerika ilə münasibətləri daha çox üstünlük verməkdədir. Onun ətrafında olan məmurların əksəriyyəti də qərbyönümlü adamlardır. Onlar bunu öz fəaliyyətlərində, çıxışlarında da birmənalı şəkildə bildirirlər. Təbii ki, bu Rusiyanın ürəyincə deyil. Çünki Ermənistan adlı bir dövləti əslində Rusiya yaradıb. Tarixdə belə bir dövlət olmayıb. Rusiya özünün imperiya gücü hesabına, öz silahı gücünə bunu Azərbaycan torpaqlarında Rusiya yaradıb. Ona görə də Rusiya heç zaman Ermənistanı öz dairəsindən kənara çıxmağa imkan verməyəcək.Artıq rəsmi Kreml bununla bağlı konkret addımlar atıb və Ermənistana olan maddi yardımlar dayandırılıb. Eləcə də Ermənistana olan münasibətdə artıq bir soyuqluq var və erməni sahibkarlar Rusiyada incidilməyə başlanıb. Bunlar hamısı Kremlin Paşinyan hakimiyyətinə olan münasibətinin təzahürləridir. Əlbəttə ki, Paşinyan belə davam edərsə, daha sərt münasibət görəcək. Ona görə də o çox ciddi cəhdlə Putinlə görüşür”.

sia.az

Digər xəbərlər