MM-in deputatı: Ermənistanın inkişafı işğalçılıq siyasətinə son qoyulmasından keçir

«Azərbaycanın Dağlıq Qarabağ münaqiəşsinin həlli ilə bağlı mövqeyi dəyişməzdir». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, hazırda Ermənistanda daxili vəziyyət sabit deyil. Onun sözlərinə görə, yeni hakimiyyət cəmiyyətdə mövqeyini möhkəmlətməyə çalışsa da, buna nail ola bilmir.
«Amma Paşinyan hakimiyyəti bilməlidir ki, Ermənistanın inkişafı işğalçılıq siyasətinə son qoyulmasından keçir. Çünki regionda söz sahibi Azərbaycandır. Azərbaycan mühüm layihələrdə Ermənistanı kənarda qoyur. Əgər Ermənistan torpaqlarımızın işğalına son qoysa və sülh yolu ilə geri qaytarsa o zaman bu ölkənin inkişafından danışmaq olar. Paşinyan hakimiyyəti bu reallığı dərk etməlidir»-deyə, deputat qeyd edib.

yap.org.az