Siyasət

  • 4 138

Mübariz Əhmədoğlu: “Putin Paşinyanı cəzalandırmaq istəyir" ÖZƏL-ŞƏRH

image

"Ümumiyyətlə sirr deyil ki, Nikol Paşinyanın günahı ucbatından Rusiya-Ermənistan münasibətləri hədsiz gərgin vəziyyətdədir. Yəni Paşinyan dövlət idarəçiliyinə, siyasətə uyğun olmayan addımlar atdı. Bu adam ancaq tənqid etmək, söyüş söyməyi bacarır. O başqa şeyi bacarmır". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövzusunda Rusiya ilə münasibətləri gərginləşdirdi: "Hətta o bunu dünyada ləkələdi. Hesab edin ki, KTMT-nin başında duran cinayətkar bir adamdır. O Qərbə çox lazım idi ki, KTMT-nin imici ləkələnsin. Təbii ki, Paşinyan da bunu etdi. Paşinyan hakimiyyətə gələn kimi ətarfında olan, Rusiyada yaşayan bir neçə ermənini Ermənistandan qovdu. Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini aktuallaşdırdı. Yəni bütün bunlar hamısı Rusiyanın maraqlarına daban-dabana zidd olan bir şeydir. Xaçaturov məsələsindən sonra Rusiya addım atdı və Rusiya xarici işlər naziri Sergey Lavrov bəyanat verdi. Bu məsələlərin üstündən bir neçə gün keçəndən sonra isə Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana zəng etdi. Koçaryan eks-prezident olduğu 10 il ərzində nə Putin, Medvedev, nə də Rusiyadan kimsə Koçaryana zəng edərək onun adgününü təbrik etməyib.Hamıya bəllidir ki, Koçaryan Afrikanın İdarə heyətinin üzvlərindən biridir. Yəni o münasibətlə Koçaryan ildə 2-3 dəfə Moskvada olur. Putinin yadına düşən Koçaryan deyildi əksinə Paşinyanı cəzalandırmaq və öz münasibətini bildirmək idi. İndi kimsə Paşinyana bütün bunları başa salıb və o da yalvara-yalvara Moskvaya qaçır. Mən elə başa düşürəm ki, o bu dəfə də Moskvada vəziyyəti düzəldə bilməyəcək. Bu gün Paşinyanın Qərblə münasibətlərində də kifayət qədər problem var".

sia.az

Digər xəbərlər