Siyasət

  • 4 436

"Azərbaycan Prezidentinin dünya liderləri arasında xüsusi yeri var"

image

“Bu gün Azərbaycanda uğurla reallaşdırılan xarici siyasət kursunun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub”. Bunu SİA-ya açıqlamasında internet-media ekspert Səbuhi Abbasov deyib.Onun sözlərinə görə, bu gün Azərbaycanın xarici siyasət konsepsiyasına daxil olan ən vacib elementlərdən biri digər dövlətlərin işlərinə qarışmamaq, balanslaşdırılmış siyasətdir: “Ulu Öndər tərəfindən ən azı 100 illiyə hesablanmış xarici siyasət konsepsiyası Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur. Dövlət başçısı İlham Əliyev bu siyasətə yeni rənglər əlavə edərək müasir geosiyasi çağırışları adekvat şəkildə inkişaf etdirməkdədir. Bir məqamı xüsusi olaraq qeyd etməliyik ki, İlham Əliyev dünya liderləri arasında xüsusi çəkisi, gücü olan lider kimi qəbul edilib. Bu da birmənalı olaraq ölkəmizin xarici siyasi kursuna müsbət təsir edir.Bu gün rəsmi Bakı bir çox istiqamətlərdə beynəlxalq platformaların reallaşdırıldığı məkana çevrilib. Bundan başqa Azərbaycanın razılığı və xeyir-duası olmadan regionda hər hansı layihə reallaşa bilməz. Ölkəmizin xarici siyasətini uğurlu edən faktorlardan biri də etibarlı tərəfdaşlıq prinsipidir. Azərbaycan hər zaman öz tərəfdaşlarının etimadını doğruldaraq birgə layihələr reallaşdırıb. Bu çox mühüm məqamdır. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan xarici siyasətində çoxqütblülük prinsipindən istifadə etməkdədir. Biz həm iqtisadi, həm siyasi, həm mədəni, həm idman, həm də sosial proseslərdə bu faktordan istifadə edərək xarici siyasət konsepsiyamıza tövhə verə bilirik".

sia.az

Digər xəbərlər