Siyasət

  • 3 387

Partiya sədri: “Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq" ÖZƏL-ŞƏRH

image

“Paşinyanın Dağlıq Qarabağı Ermənistanın ərazisi hesab etməsi onun çox naşı adam olmasını, ümumiyyətlə, siyasətdə çox geri qaldığını və geri zəkalı insan olduğunu göstərir. Hakimiyyətə gəldiyi gündən onun heç bir konsepsiyası yoxdur”. Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.Onun sözlərinə görə, Paşinyanın nə daxili, xarici siyasətlə bağlı, nə də ki, ermənilər üçün də çox böyük əhəmiyyət kəsb edən Qarabağ məsələsi ilə bağlı heç bir konsepsiyası yoxdur: “O, bu gün dediyini sabah inkar edir. Bir sözlə o özü də bilmir ki, nə istəyir. Amma təbii ki, Paşinyanın addımları ondan xəbər verir ki, o Rusiyadan Ermənistanı uzaqlaşdırmaq istəyir. Yəni Paşinyanı hakimiyyətə gətirən, onun arxasında dayanan qüvvələr də əslində anti-Rusiya meylli qüvvələrdir. Rusiya da bunu dərk edir. Ona görə də Paşinyanın Moskvaya səfəri olduqca uğursuz alındı. Əgər biz Rusiya mətbuatına nəzər salsaq görərik ki, ümumiyyətlə, bu gün Paşinyana qarşı Rusiya mətbuatında, cəmiyyətində ikrah hissi var. Rusiya bunu ona bağışlamayacaq.Ermənistan adlı bir dövləti Azərbaycan, Türk torpaqlarında Rusiya imperiyası yaradıb. Ona görə də Rusiya Ermənistandan, o ərazilərdən əl çəkən deyil. Hesab edirəm ki, bütün bunları götür-qoy etsək Paşinyan hakimiyyətinin ömrünün uzun olmadığını söyləyə bilərik. Ümumiyyətlə onun atdığı addımlar beynəlxalq hüququn normalarına olduqca ziddir. Xüsusilə də Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab etməsi nəinki beynəlxalq hüququn normalarına, məntiqə zidd bir hərəkətdir”.

sia.az

Digər xəbərlər