Siyasət

  • 3 876

“Azərbaycan Avropaya uğurla inteqrasiya edir”

image

“Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər deməyə əsas verir ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Xorvatiya münasibətləri uğurla inkişaf edir və tərəflər arasında çox fəal siyasi dialoq mövcuddur”. Bu fikirləri SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.Səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalandığını və hər iki ölkənin əməkdaşlığı dərinləşdirmək niyyətində olduğu ifadə edildiyini deyən deputat söyləyib ki, Azərbaycan ilə Xorvatiya arasında kənd təsərrüfatının inkişafı, informasiya texnologiyaları, gəmiqayırma, yeyinti məhsullarının emalı sahələrində də əlaqələrin dərinləşdirilməsi olduqca aktual olmaqla mühüm əhəmiyyətə malikdir: “Bundan başqa, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycanın strateji tərəfdaşı olan Xorvatiya daim ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyir”.Baş redaktorun sözlərinə görə, Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və bu səfərlərdən əldə olunan nəticələr Azərbaycanın xarici siyasətinin dinamikliyini əyani şəkildə təsdiq edir: “Ümumiyyətlə, Azərbaycan Avropaya uğurla inteqrasiya edir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Bununla yanaşı, Avropanın digər iqtisadi institutlarına inteqrasiya Azərbaycan üçün olduqca vacibdir və bu, əsas etibarilə, qeyri-neft sektorunda daha aktualdır. Qərb dövlətlərinin artıq oturuşmuş iqtisadi münasibətləri və qəlibləşmiş standartları var, ona görə də keçmiş sovet sisteminə daxil olan ölkələrin Qərbə inteqrasiyasında iqtisadi maraqların və sistemlərin uzlaşdırılması tələb olunur. Bu prosesdə Şərqi Avropa ölkələri əhəmiyyətli təcrübə qazanmağa və müəyyən model əldə etməyə nail olublar”.

sia.az

Digər xəbərlər