Siyasət

  • 4 396

Elman Məmmədov: “15 sentyabr çox böyük qələbə və tarixi bir gündür"

image

“Sentyabr ayının 15-də Bakının bolşeviklərdən və erməni daşnaklarından azad edilməsinin 100 ili tamam olur. Bu unudulmaz bir tarixdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Deputatın sözlərinə görə, sentyabr ayının 15-i Azərbaycan xalqının tarixində əlamətdar günlərdən biridir: “Bu elə bir tarixdir ki, həmin vaxtı Qafqaz İslam Ordusunun gəlişi ilə Azərbaycanın özündə olan vətənpərvər qüvvələrlə birlikdə Bakının daşnaklardan, ermənilərdən təmizlənməsi çox mühüm bir tarixdir. Bu tarix yadda saxlanılası, yayılası, tədqiq olunası, gənc nəsillərə çatdırılası bir tarixdir. Çünki əgər belə bir vəziyyət olmasa idi, ermənilər qarşıya bir məqsəd qoymuşdular. Bakı tamamilə müsəlmanlardan təmizlənməlidir və Bakıda ermənilərdən başqa qeyri millət yaşamamalıdır. Yəni onlar artıq kütləvi qırğınlar törədə-törədə davam edirdilər. Bunların qarşısı alındı və onlar Bakıdan çıxarıldı. Beləcə Bakı ermənilərdən, daşnaklardan azad olundu. Əgər bu çox vacib qələbə günü olmasa idi və daşnaklara xeyir-dua verən Lenin, onun dəstəsi, Şaumyan və başqalarının səyi ilə yəqin ki Bakı bu gün bizim, bəlkə də heç Azərbaycanın paytaxtı olmazdı. Çünki ermənilərin qarşıya qoyduqları məqsəd bütün Qafqazda “Böyük Ermənistan” yaratmaq məsələsi idi. Onlar Bakını da özlərinə paytaxt seçmək istəyirdilər. Yəni sentyabr ayının 15-i çox böyük qələbə və tarixi bir gündür. Hesab edirəm ki, xalqımız bu günü çox yüksək təntənə ilə qeyd etməlidir. Bu bütün dərsliklərdə təqdim olunmalıdır ki, yaddan çıxmasın”.

sia.az

Digər xəbərlər