Siyasət

  • 3 377

Bəhruz Quliyev: “Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir”

image

"Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. 100 il öncə 1918-ci ilin sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub". Bunu "Səs" media qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az- a açıqlamasında deyib.Bəhruz Quliyev bildirib ki, 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi: "Əlbəttə ki, belə bir ağır zamanda və vəziyyətdə Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi, Azərbaycan xalqını darda qoymadı. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi"."Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər. Bu səbəbdən də, Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir" - deyən Bəhruz Quliyev əlavə edib ki, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı və hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarlarının ziyarət olunması və dövlət səviyyəsində tədbirlərin keçirilməsi bunun əyani sübutudur.B.Quliyev diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin banisi və qurucusu olduğu müasir Azərbaycan Respublikası cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş Türkiyə Respublikası ilə dünya dövlətləri üçün nümunə təşkil edən qardaşlıq əlaqələri qurub: "Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hərtərəfli inkişaf edir və regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, inkişafa töhfələr verir. Məhz, qarşılıqlı faydalı əməkdaşlıq, birgə gerçəkləşdirilən irimiqyaslı layihələr iki ölkənin strateji tərəfdaşlığını səciyyələndirən mühüm məqamlardır. "Bir millət, iki dövlət" prinsipi ilə münasibətlərini daha sıxlaşdıran Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək".

sia.az

Digər xəbərlər