Siyasət

  • 2 588

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının yaranmasının 25 illiyi münasibətlə təntənəli yığıncaq keçirilib

image

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının yaranmasının 25 illiyi münasibətlə təntənəli yığıncaq keçirilib.Partiya təsisçilərinin, ərazi təşkilatları sədrlərinin, fəalların qatıldıqları yığıncağın iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərə öz ehtiramlarını bildiriblər.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva yığıncağı açaraq ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yaranan Yeni Azərbaycan Partiyasının çətin sınaqlardan çıxdığını, böyük və şərəfli yol keçdiyini, bu gün Azərbaycan cəmiyyətində özünəməxsus önəmli yer tutduğunu diqqətə çatdırıb.
Partiyanın Ucar rayon təşkilatının aparat rəhbəri Mirzalı Ağamalıyev bildirib ki, rayon təşkilatı 1993-cü il sentyabrın 11-də 48 nəfərin iştirakı ilə keçirilən təsis konfransında yaradılıb. Bu gün 68 ərazi təşkilatında 4000 nəfərdən çox üzv var. Onlar Ucar rayonunun ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal rol oynayırlar.
Təntənəli yığıncaqda YAP rayon təşkilatı Qadınlar Şurasının sədri, Qazyan kənd 1 nömrəli tam orta məktəbin müəllimi Yaqut Zeynalova, Yuxarı Şilyan kənd ərazi təşkilatının üzvü Nazir Məmmədov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Nuru Piriyev çıxış edib, görülən işlərdən danışıblar.
Tədbirdə partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub. Bir qrup partiya üzvünə YAP rayon təşkilatının fəxri fərmanı və qiymətli hədiyyələr verilib.

yap.org.az

Digər xəbərlər