Siyasət

  • 4 826

“Xalqımız bu tarixi hadisəni heç zaman unutmayıb"

image

“Sentyabr ayının 15-də Bakının bolşeviklərdən və erməni daşnaklarından azad edilməsinin yüz ili tamam olur. Bu tarixi hadisənin çox böyük əhəmiyyəti var. Azərbaycan türkləri heç zaman bunu unutmayıb və unutmayacaq da!”. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, 1918 -ci ildə Osmanlı ordusunun komandanı Nuri Paşanın (Nuri Killigil) rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan taboru Bakını erməni-bolşevik işğalından azad etməsi ilə bağlı böyük qəhrəmanlıq nümayiş etdiriblər: “Erməni vəhşilərinin xalqımıza qarşı apardığı soyqırımın qarşısı alınıb. Yüz minlərlə soydaşımız xilas olub və həmçinin yenicə müstəqliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti paytaxt kimi Gəncədən Bakıya köçə bilib. Məhz bu azad olunmadan tam şəkildə müstəqilliyimizi qura bilmişik. Odur ki, xalqımız bu tarixi hadisəni heç zaman unutmayıb. Yüzlərlə türk ordusu və Azərbaycan taborunun əsgərləri şəhid olublar.Sentaybrın 15-də bu hadisənin 100 illiyi rəsmi şəkildə keçiriləcək. Bu çox müsbət haldır. Bilirsiniz ki, bununla bağlı cənab Prezident İlham Əliyevin sərəncamı var. Həmçinin də Azadlıq meydanında təntənəli Hərbi Parad keçiriləcək. Onu da deyim ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası uzun illər hər ilin sentyabrın 15-i Şəhidlər Xiyabanında türk əsgərinin adına ucadılmış abidəni ziyarət edir. Bu il də ziyarət edəcəyik. Buna qədər Çanakkala döyüşündən minlərlə Azərbaycan türkü könüllü olaraq vuruşub şəhid olub. Bakı uğrunda gedən döyüşlərdə Qafqaz İslam Ordusu 1130-dək şəhid verib. Ümumilikdə 1918-ci il iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun 4 mindən çox əsgər və zabiti şəhid olub. 1918-ci il mayın 28-də elan edilmiş və müsəlman şərqinin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bir dövlət kimi yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuri Paşa və Qafqaz İslam Ordusunun xidmətləri əvəzsizdir. Bütün bunlara görə bizim Nuri Paşaya və Qafqaz İslam Ordusunun xilaskar əsgər və zabitlərinə vəfa borcumuz var. Ruhları şad olsun!”.

sia.az

Digər xəbərlər