Siyasət

  • 3 959

“Nuru Paşanın xilaskarlıq yürüşü unudulmaz faktdır” ÖZƏL-ŞƏRH

image

“Bakının erməni-bolşevik əsarətindən azad edilməsinin 100 illiyi bizim üçün və bütün türk-islam dünyası üçün unudulmaz tarixdir. Söhbət marksizm-leninizm ideologiyası bayrağı altında hərəkət edən, əslində isə milli kimliyimizin və türk mənşəyimizin, dini dəyərlərimizin məhvini özünə hədəf seçmiş bir qüvvənin əlindən Bakını xilas etməkdən gedir. Kim bilir, Türk-İslam Ordusu 1918-ci ildə Bakını azad etməsəydi, tariximizdə daha hansı faciənin izlərini yaşatmaq zorunda qalardıq?! Türk-İslam Ordusunun uğurlu Bakı əməliyyatı bir neçə yüz min müsəlman türkün humanitar fəlakətinin qarşısını alan böyük insanlıq aktıdır. Bu mənada Nuru Paşanın xilaskarlıq yürüşü tək islam və türk tarixində deyil, həm də bütün insanlıq tarixində unudulmaz faktdır”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktorun sözlərinə görə, Bakının azad edilməsinin 100 illiyi ümumtürk qardaşlığının, islami həmrəyliyin və Türkiyə-Azərbaycan dostluğunun tarixi qaynaqlarında əbədi yer tutan faktdır: “Bu tarixin içində millətimizin, dinimizin, insanlığın, Şərq mədəniyyətinin xilas motivləri var. Dünya müharibələri dövründən “ölü şəhərlər” anlayışı qalıb. Əgər Nuru Paşa qurtuluş əməliyyatını aparmasaydı, Bakı həmin “ölü şəhərlər”dən birinə çevrilərdi. Məsələnin başqa bir önəmli cəhəti də var. Cənab Prezident bu 100 illik tarixi əlamətdar yubiley törəninə çevirməklə dünyaya göstərir ki, torpaqlarımız qədər, dövlətimizin müasir nailiyyətləri qədər, türk-islam dəyərlərinin qorunması qədər, mədəniyyətimizin mühafizəsi qədər tariximiz də bizə əzizdir və onun saxtalaşdırılması hallarına heç vaxt dözmərik.Bakının azad edilməsinin 100 illiyi erməni təcavüzkarlarına sonadək dözməyəcəyimizi xatırladan dəyərli bir mesajdır. Bakının azadlığı tariximiz üçün bir fakt, müasirlərimiz üçün erməni təcavüzkarlığına qarşı dönməz mübarizə çağırışıdır. Nuru Paşa şəhərlər arasında Bakının şərəfli yerini qorudu, cənab Prezident isə Paşanın tarixi xidmətinə qiymət verdi, yəqin ki, Bakıda mərhum Paşanın bir heykəlinin qoyulmasını da unutmayacaq”.

sia.az

Digər xəbərlər