Siyasət

  • 3 867

Latviya Seyminin nümayəndə heyəti Azərbaycana səfər edəcək

image

Sentyabrın 20-də Latviya Seyminin nümayəndə heyəti Bakıya səfər edəcək.Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaradılmasının 100 illik yubiley tədbirində iştirak məqsədi daşıyan səfər ölkəmizin Milli Məclisinin dəvəti ilə reallaşacaq.

Latviya Seymi Prezidiumunun katib müavini Qunars Kutris, Seymin "Yaşıllar və Fermerlər Birliyi" parlament qrupunun sədr müavini Armands Krauze və protokol idarəsi rəhbəri müavini xanım Zane Circanedən ibarət nümayəndə heyətinin səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

yap.org.az

Digər xəbərlər