Siyasət

  • 4 549

Anar Xəlilov: “Azərbaycan regionun güclü və stabil dövlətidir" AÇIQLAMA

image

“Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın xarici siyasət kursu bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.Onun sözlərinə görə, bu xarici siyasət kursu balans siyasəti də adlandırılır: “Aparılan uğurlu xarici siyasət ötən dövrlərdə Azərbaycanın mövqeyini beynəlxalq aləmdə xeyli gücləndirdi və müsbət mənada yerini müəyyənləşdirdi. Eyni zamanda Azərbaycan bu gün dünyada istər Qərbdə istərsə də regionda etibarlı tərəfdaş götürdüyü öhdəliklərə sədaqətli və prinsipial bir ölkə olduğunu sübut etdi. Aparılan iqtisadi islahatlar da ölkəmizin gücünü artıraraq dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmaqdadır. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan regionun güclü, stabil dövlətidir. Təbii ki, belə bir vəziyyətdə Azərbaycana qarşı dünyanın güclü dövlətlərinin də müxtəlif maraqları artmaqdadır. Buna əsasən iqtisadi maraqlar daxildir. Ancaq son vaxtlar Azərbaycanın artan nüfuzu artıq digər maraqları da ortaya çıxarmışdır. Bu da strateji tərəfdaşlıq marağıdır. Azərbaycan regionda dinc qonşuluq siyasəti apararaq yalnız Türkiyə ilə strateji müttəfiqlik səviyyəsində əməkdaşlıq edirdi".A.Xəlilov bildirib ki, Ermənistan istisna olmaqla İran, Rusiya, Qazaxıstan və digər qonşularla iqtisadi mədəni əlaqələri inkişaf etdirir: "Bu gün Rusiya ilə ticari əlaqələrimizin səviyyəsi yüksək templə artmaqdadır. Ən əsası isə Azərbaycan Rusiya istehsalı olan silahların əldə etməsində razılaşaraq müasir ordu quruculuğunda mühüm irəliləyişə nail olmuşdur. Bu da Ermənistanın təcavüzü qarşısında başlanan müharibədə Azərbaycanın mövqeyini xeyli gücləndirmişdir. Bu gün Azərbaycan işğal olunmuş torpaqların tam azad etmək iqtidarındadır. Son vaxtlar isə Rusiyanın özünü strateji müttəfiqi adlandırdığı Ermənistanda baş verən hadisələr fonunda yaranan anti-Rusiya əhval-ruhiyyəsi Azərbaycanın daha etibarlı olduğunu sübut etməkdədir. Bundan başqa dünyada Qərblə Rusiya arasında yenidən alovlanan soyuq müharibə Azərbaycanın güclü dövlət olaraq önəmini artırmaqdadır. Azərbaycan özünün apardığı xarici siyasət nəticəsində eyni zamanda bu gün Regionun əsas güclü dövlətləri olan İran, Türkiyə və Rusiya arasında da birləşdirici rol oynayır ki, bunu da nəticəsində Azərbaycanın önəmli əhəmiyyəti artmaqdadır. Məhz bu amillər Rusiyanın Azərbaycana marağını artmasına gətirib çıxarmışdır. Hesab edirəm ki, sentyabr ayının 25 də Rusiya prezidentinin Azərbaycana səfəri də iki ölkə arasında strateji müttəfiqliyin möhkəmlənməsinə hesablanmış bir səfərdir. Burada Rusiyanın Azərbaycana olan marağı qarşılığında Azərbaycanın da maraqlarının təmin olunması məsələsi önəmli yer tutur. Təbii ki Azərbaycanın ən əsas problemi olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması məsələsi. Nəzərə almaq lazımdır ki, konfliktin həll olunmasında əsas rollardan birinin Rusiya oynayır. Yuxarıda söylədiklərimin kontekstində yəqin ki, Azərbaycan və Rusiya arasında mühüm əməkdaşlıq sənədləri bu səfər nəticəsində imzalanacaqdır. Əvvəlcədən dəqiq nəsə demək çətindir yəqin ki, bu görüş zamanı aparılacaq müzakirələrdən sonra bilinəcəkdir. Ancaq əminliklə demək olar ki, Azərbaycan prezidentinin apardığı siyasət Rusiyanın mövqeyini müsbət istiqamətdə Azərbaycana qarşı tam dəyişmişdir. Bu da bizə ümid verir ki, bu səfərin nəticəsi olaraq Rusiya və Azərbaycan arasında imzalanacaq və ya əldə olunacaq razılaşmalarda əsas prioritet məsələ torpaqların azad olması olacaqdır. Düzü mən bu səfərdən Azərbaycanın xeyrinə bir çox məsələlərin həll olunmasını gözləyirəm”.

sia.az

Digər xəbərlər