Siyasət

  • 7 469

Jalə Əliyeva: “Azərbaycan bölgədə və dünyada söz sahibidir" ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istər daxili, istərsə də xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyət, atdığı addımlar əlbəttə ki, gündən-günə ölkəmizin daxildən güclənməsinə və bu güclənmə xaricdə Azərbaycanın nüfuzunun artmasına səbəb olub”. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.Onun sözlərinə görə, ölkəmizə davamlı olaraq beynəlxalq təşkilatların göstərdiyi diqqət, maraq və mütəmadi olaraq həyata keçirilən səfərlər və bu səfərlərdə toxunulan məsələlər sözsüz ki, Azərbaycanın bölgə, dünya üçün əhəmiyyətli bir dövlət olduğu qənaətini bir daha təsdiqləyir: “Yəni bu gün əgər fövqəl dövlətlər, böyük güclər və dövlətçilik sahəsində yüz illərin təcrübəsinə əsaslanan ölkələr Azərbaycanı tanıyırlarsa, ölkəmizin nüfuzu ilə hesablaşırlarsa və beynəlxalq, regional layihələrdə Azərbaycanın əhəmiyyətini danmırlarsa və onun əhəmiyyətli bir yerdə gəldiyini qəbul edirlərsə bu əlbəttə ki, birinci növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət, ölkədə aparılan böyük islahatlar, quruculuq işləri ilə bağlıdır. Son günlərdə ölkəmizdə həyata keçirilən yüksək səviyyəli səfərlər də bir daha bunu deməyə əsas verir ki, Azərbaycan bu gün bölgədə və dünyada söz sahibi olan, eləcə də fikri ilə hesablaşılan bir ölkədir. Əlbəttə ki, bu hər birimiz üçün qürur, iftixar qaynağıdır. Bu qüruru, iftixarı bizə yaşatdığı üçün sözsüz ki, ölkə rəhbərinə, Prezidentimizə borcluyuq və minnətdarıq”.

sia.az

Digər xəbərlər