Siyasət

  • 3 992

"Paşinyanın söylədikləri səviyyəsizlikdir" ÖZƏL-ŞƏRH

image

“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatlarını erməni uşağı belən söyləməz. Bu adam baş nazirdir və işğal faktını müxtəlif əllaməli şüuru ilə pərdələməyə və işğal edilmiş ərazilərin geriyə qaytarılmamasını çox bəsit, eləcə də yerbeyin ifadələrlə izah etməyə çalışır. Sözün əsl mənasında siyasətçi, ölkənin başında duran bir adam üçün onun intellektual səviyyəsinin, beynəlxalq münasibətləri qavrama qabiliyyətinin nə qədər bəsit və aşağı səviyyədə olduğunu aydın surətdə göstərir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, uzun müddətdir ki, işğal edilmiş ərazilərin geriyə qaytarılması istiqamətində ATƏT-in səyləri var: “Azərbaycan və Ermənistan arasında işğal edilmiş torpaqların geri qaytarılması ilə bağlı danışıqlar prosesi var. Danışıqlar prosesinin 23 ilə yaxın bir tarixi var. Yəni xeyli məsafə qət edilib amma nəticə hələ də qənaətbəxş deyil. Ermənistanın küçədən gəlmiş yeni başçısı bu məsələlərə dərrakə ilə münasibət bildirərək sanki danışıqlar prosesinin lazım olmadığını və Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmayacağı barədə sərsəm ifadələrlə fikrini izah etməyə çalışır. Təbii ki, burada da iki xalqa əbədi düşmənçiliyə çağırış var. Azərbaycan xalqı öz torpağının uğrunda sonuncu adamına qədər mübarizə aparmağa hazırdır. Ölkənin siyasi rəhbərliyi də bu fikirdədir. Amma erməni siyasi rəhbərliyinin belə sərsəm fikri o deməkdir ki, bu bölgəni uzunmüddətli qarşıdurmalara və xaosa cəlb etmək istəyir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edərkən çox ciddi surətdə bildirdi ki, Ermənistan danışıqları pozmaq həddini tutur. ATƏT isə bu məsələlərə hələ də laqeyd yanaşır və Ermənistana təzyiq göstərmir. Ermənistan rəhbərliyi bundan sonrakı dövrdə də danışıqlar prosesini pozmağa davam edəcəksə, bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək”.

sia.az

Digər xəbərlər