Siyasət

  • 3 664

AMEA prezidenti: Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir

image

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin araşdırılması üçün kifayət qədər işlər aparıblar və həmin dövrlə bağlı yeni faktlar üzə çıxarıblar.
Trend Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda deyib. /Trend/
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini deyən A.Əlizadə bildirib ki, AXC-nin Azərbaycan tarixində müstəsna rolu var: "Bu cümhuriyyətin yaranması dünyaya bir Azərbaycan dövlətinin yarandığını elan edib və tarixə öz adını həkk etdirib".
Akademiya prezidenti Bakının işğaldan azad edilməsində AXC-nin böyük rolunun olduğunu da nəzərə çatdırıb.
A.Əlizadə əlavə edib ki, Bakının işğaldan azad edilməsi AXC-nin paytaxtının Gəncədən Bakıya köçürülməsinə imkan yaradıb: "15 sentyabr 1918-ci ildə Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir. Bakının azad edilməsi ilə şəhər Azərbaycan paytaxtına çevrildi və erməni-bolşevik dəstələrinin xalqımıza qarşı törətdikləri soyqırımlar dayandırıldı".

yap.org.az

Digər xəbərlər