Siyasət

  • 4 300

“15 sentyabr xalqımızın tarixinə qızıl həriflərlə yazılıb" ÖZƏL-MÜNASİBƏT

image

“Sentyabr ayının 15-də Bakının bolşeviklərdən və erməni daşnaklarından azad edilməsinin 100 ili tamam olur. 15 sentyabr 1918-cil tarixinin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.Onun sözlərinə görə, bu ordu Bakının azad edilməsində böyük şücaətlər göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib: “Bu gün xalqımızın tarixinə qızıl həriflərlə yazılıb. Bildiyiniz kimi cənab Prezident İlham Əliyev bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Sentyabrın 15-də Qafqaz İslam Ordusu bizim Gəncəbasardan bu yana Şaumyanın rəhbərlik etdiyi erməni-daşnak birləşmələrini məhv edərək çox böyük bir zəfər tarixi yazmışdılar. Sözün həqiqi mənasında bizim heyrətamiz bir tariximiz olub. Bizim dədələrimiz, babalarımız böyük bir mücadilə apararaq qalib olublar. Bakının işğaldan azad edilməsi Azərbaycan dövlətçiliyi üçün ən böyük töhfədir. Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbbəb olur. Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsilə şimali Azərbaycan bütövləşdi. Mən çox istərdim ki, belə bir şanlı günü, tarixi Qarabağ torpaqlarının azad olunması ilə bağlı həyata keçirək. İnanıram ki, Azərbaycan Ordusu bu tarixi yazmağa qadir bir ordudur”.

sia.az

Digər xəbərlər