Siyasət

  • 3 402

“Ermənistana layiq olduğu cavabı vermək gücündəyik” AÇIQLAMA

image

“Ermənistanda başlarını itiriblər. Onlar artıq Ermənistanın ağır vəziyyəti və eyni zamanda üzərlərində olan Qarabağ yükünün təsiri altında nə etdiklərinin fərqinə varmırlar. Əlbəttə, bu çox ağır bir məsələdir” Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.Onun sözlərinə görə, Ermənistan bununla ilk növbədə özünə ağır bir fəlakət gətirdiyinin incəliyini hələ hiss etmir: “Bizə müharibə elan edən Ermənistana layiq olduqları cavabı vermək gücündəyik. Bu gün Azərbaycanla Ermənistan arasında yerlə göy arasında fərq var. Şübhəsiz ki, Azərbaycan tərəfdən buna çox ciddi reaksiya olacaq. Eyni zamanda, dünya bu məsələyə biganə qalmamalıdır. Dünya bu gün BMT-nin və digər beynəlxalq təşkilatların üzvü olan bir ölkənin orta əsirlər təfəkkürü ilə yaşadığının fərqində olmalıdır. Bütün bu məsələlərin məsuliyyətini Ermənistan çəkəcək və nəticə onun üçün çox ağır olacaq. Hər halda Ermənistanın müttəfiqi olduğu dövlətlərdə bu məsələni ciddi nəzarətdə saxlamalıdır”.Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfdən həmişə təxribat gözlənilir: “Ancaq bir məsələ var ki, bu gün Ermənistan çox zəifdir. Azərbaycan ən müasir hərbi silahlara malikdir. Ermənistan tərəfindən ediləcək istənilən həmlənin 10 qat cavabını verməyə hazırdır. Eyni zamanda, müharibə aparmaq üçün maliyyə, insan resursu və beynəlxalq birliyin dəstəyi lazımdır, bu isə onlarda yoxdur. Mənə elə gəlir sadəcə olaraq, Ermənistan bu gün ki, ağır vəziyyətinin də Azərbaycanda bir xof yaratmağa çalışır. Ümumiyyətlə, xof yaratmaq cəhdi Ermənistan tərəfdən həmişə olub. 1992-ci ildə Xocalı soyqırımı ona görə etdilər ki, Azərbaycanı qorxutsunlar. Ancaq Azərbaycan Ermənistanın cavabını vermək üçün gücləndi və bu gün dünya birliyinin ən güclü dövlətlərindən biridir. Bu baxımdan, 1000 ildən sonra təsadüfən dövlətçilik qazanan erməni cəmiyyəti hələdə özünü SSRİ - də olduğu kimi hesab edir. Amma SSRİ çoxdan yoxdur və heç bir mikayanlarla, heç bir qarbaçovlar Ermənistanın pravakasiyalarının və ağılsız hərəkətlərinin məsuliyyətini çəkmək istəməyəcək”.

sia.az

Digər xəbərlər