Siyasət

  • 3 057

Azərbaycan ilə Çexiya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

image

Azərbaycan ilə Çexiya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, müzakirələr nazir Ramin Quluzadənin Çex Respublikasının sənaye və ticarət naziri xanım Marta Novakova ilə görüşündə aparılıb.

Nazir R.Quluzadə bildirib ki, Çexiya ilə Azərbaycan arasında əlaqələr inkişaf edir və belə görüşlər əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır.
R.Quluzadə ölkəmizdə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.
Eyni zamanda, görüşdə nazirlər ölkələrimiz arasında müvafiq sahələrdə əlaqələrin genişləndirilməsi, informasiya texnologiyalarının inkişafı, o cümlədən nəqliyyat və İKT sahəsində layihələrin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanlarını müzakirə edib, bu istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparıblar.

yap.org.az

Digər xəbərlər