Siyasət

  • 3 661

“Paşinyan avantürlara meylli bir şəxsdir" ÖZƏL-AÇIQLAMA

image

“Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaiqşəsinin həlli ilə bağlı bəyanatları ziddiyyətlidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.Onun sözlərinə görə, Paşinyan avantürlara meylli bir şəxsdir: “Belə olan halda ondan hansısa məntiqli söz gözləmək yersizdir. Ona görə də bu bəyanatlar əslində Ermənistanı uçuruma aparır”.Politoloq deyib ki, ABŞ prezidenti Donald Trampla Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrda görüşü baş tutmayacaq: “Əslində Paşinyan BMT-yə səfəri zamanı istəyirdi ki, Trampa görüşsün. Tramp isə onunla görüşdən imtina etdi. Paşinyanın Fransaya səfəri isə orada erməni lobbiçilərinin olması ilə bağlıdır. Beləcə, onların orada görüş təşkil etmək imkanları var”.Deputat son olaraq Paşinyanın Ermənistanda “İldırım 2018” təlimləri çərçivəsində ordunu savaşa hazırlamasına da münasibət bildirib: “Düşünmürəm ki, bu reallaşssın. Onlar Azərbaycana gəlib hansısa təzyiq etmək imkanında deyillər. Hətta onlar heç özlərini Rusiyanın gücü olmadan müdafiə etmək iqtidarında deyillər”.

sia.az

Digər xəbərlər