Siyasət

  • 3 985

“Azərbaycan Paşinyanın iddialarını qətiyyətlə rədd edir” AÇIQLAMA-ÖZƏL

image

“Paşinyan cəfəng fikirləri ilə danışıqlar prosesini əngəlləyir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həllində maraqlı olmadığını deyən deputat söyləyib ki, onun Moskva səfərindən sonra söylədikləri bəyanatlar bunu bir daha təsdiq etmiş oldu: “Görünür, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. O bu addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm nəticələrin effektini azaltmağa çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir”.Deputatın sözlərinə görə, Paşinyanın Dağlıq Qarabağla bağlı absurd fikirlər irəli sürməsi onun siyasətdən nə qədər uzaq olduğunu göstərir: “Onun Qarabağı Ermənistanın bir hissəsi kimi təsəvvür etməsi isə cəfəngiyatdan başqa bir şey deyil. Azərbaycan bu kimi iddiaları qətiyyətlə rədd edir. Qarabağ tarixi torpağımızdır. Ermənistan xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal edib. Amma biz gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik. Hələ ki, sülh danışıqlarına üstünlük verilir. Əgər Paşinyan hakimiyyəti sülhə getməsə, Azərbaycan öz gücünə torpaqları işğaldan azad edəcək”.

sia.az

Digər xəbərlər