Siyasət

  • 4 072

“Vladimir Putininin bu məsələ ilə bağlı daha qətiyyətli addımlar atacağını gözləyirik”

image

“Azərbaycan Prezidenti İlham Əliyev Soçiyə səfəri zamanı iqtisadi blok üzrə Rusiya ilə Azərbaycan arasında bir çox prinsipial məsələlər üzrə razılıq əldə edildi”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, ondan əvvəldə Xəzərin statusu məsələsində hər iki tərəfin mövqelərinə uyğun gələn konpromislərə gəlməsində Azərbaycan kifayət qədər fəallıq göstərmişdi: “Azərbaycanın Rusiyadan ATƏT-in Minsk qrupunun həmsədri kimi gözləntisi var. Bu gözlənti Azərbaycanın işğal edilmiş ərazilərinin erməni işğalçı qoşunlarından azad edilməsi və Azərbaycanın ərazi bütünlüyünün təmin edilməsi məsələsidir. Soçidə bu məsələlər ayaqüstü müzakirə edilibdir. Yəni bütün nüanslarına toxunulmasa da ümumi istiqamətdə məsələlər müzakirə edilib və həmin məsələlərin yenidən müzakirəsi gözlənilir. Çünki Soçi görüşündən sonra Ermənistanın baş naziri Paşinyanın da Rusiyaya səfəri oldu və yəqin ki, Vladimir Putin hər iki ölkənin siyasi rəhbərləri ilə fikir mübadiləsində olub və mövqeyini dəqiqləşdirib. İndi isə Vladimir Putinin MDB-nin zirvə toplantısı ərəfəsində Bakıda görüşü olacaq və bu görüşdə Azərbaycan yəqin ki, özünə aid bir çox məsələlərlə bağlı suallara cavab axtaracaqdır. Bu cavabda da əsasən Dağlıq Qarabağ probleminin həlli məsələsidir ki, bu məsələdə Azərbaycan Rusiyadan obyektiv və beynəlxalq hüququ normalarına uyğun mövqe sərgiləməyi gözləyir. Bütün Azərbaycan xalqı belə fikirdədir ki, nəhayət bu problemin həlli vaxtı yetişibdir və Vladmir Putin Azərbaycan xalqının, eləcə də Azərbaycan siyasi rəhbərliyinin bu düşüncələrini dəyərləndirməlidir və dəyərləndirib ona obyektiv qiymət verməyə səy göstərməlidir. Əminəm ki, səfər zamanı Azərbaycan tərəfi Dağlıq Qarabağ məsələsini bütün konturları ilə Vladimir Putini önünə sərəcək və ondan bu məsələlərə obyektiv mövqe tələb edəcəkdir. Güman edirəm ki, bu məsələdə əgər Rusiya normal mövqe sərgiləsə, məsələlər xeyri irəliliyə doğru gedə bilər, yox, əgər Rusiya əvvəlki kimi yenə də diplomatik gedişlər edərsə və müzakirələri daha da uzatmağa səy göstərərsə, bu, heç də Rusiyanın Cənubi Qafqazındakı mövqelərinə uyğun olmayacaq. Bu baxımdan, Vladimir Putininin bu məsələ ilə bağlı daha qətiyyətli addımlar atacağını gözləyirik”.

sia.az

Digər xəbərlər