Siyasət

  • 2 563

Arzu Nağıyev: “Azərbaycan bu gün diqtə edən tərəfdir" ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi ölkəmizdə keçirilən siyasi, iqtisadi, hətta deyərdim hərbi islahatları belə daim mötəbər tədbirlərdə qeyd edir. Təbii ki, bunu da deməyində əsası var. Çünki bu gün Azərbaycan mühüm bir dövlətə çevrilib”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.Onun sözlərinə görə, Azərbaycan Avropanın və Qərbin enerji təhlükəsizliyinin, təhdidin qarşısını ala bilənə qədər islahatlar etmiş bir dövlətdir: “Eləcə də Azərbaycan bütün dünyada baş verən terror hadisələrinə qarşı anti-terror koalisiyasında (Əfqanıstanda, digər bölgələrdə və s.) öz dəsti-xətti olan dövlətdir. Siyasi məsələlərdə də məlum məsələdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet istiqamətdir və bu istiqamətdə demək olar ki, bütün diplomatik səyləri Azərbaycan həyata keçirir. Ölkəmiz artıq bu gün diqtə edən tərəfdir.Hərbi baxımından da Azərbaycanın potensialı Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən paradda bir daha nümayiş olundu. Paradda göstərildi ki, Azərbaycan özünün müstəqilliyini qorumağa, eyni zamanda təhlükəsizliyin, təhdidin qarşısını almaqda mühüm addımlar ata biləcək bir dövlətdir. Həmçinin insanların rifahı baxımından da bütün bu keçirilən reformalar onun ətrafındadır. Bunu bütün dünya, eləcə də BMT-yə daxil olan bütün dövlətlər Azərbaycanın apardığı islahatlara həmişə müsbət yanaşıb və buna da diqqət yetirir. Yəni buna görə də cənab Prezident İlham Əliyev Bakıda keçirilən paradda məhz bu konteksdən çıxış etdi və bunu dünyaya bəyan etdi. Ən mühüm mötəbər kürsülərdən də həmin dediklərini bir daha təkrarlayır”.

sia.az

Digər xəbərlər