Siyasət

  • 3 761

Hikmət Babaoğlu: Ermənistan reallıqları qiymətləndirib işğal faktına son qoymalıdır

image

“Bakının işğaldan azad edilməsi münasibətilə təşkil olunan təntənəli mərasimdə Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev bir daha qeyd etdi ki, güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Azərbaycan ordusunun hər gün bir qədər daha çox güclənməsinin səbəbini də elə bu fikirdə səsləndirilən məzmunda axtarmaq lazımdır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Bu günə qədər Azərbaycan torpaqlarının 20 faizinin Erməni ordu birləşmələrinin işğalı altında olduğuna təəssüfünü bildirən Milli Məclisin deputatı söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün beynəlxalq təşkilatlar və o cümlədən problemi həll etmək üçün yaradılan ATƏT-in Minsk Qrupu tərəfindən real addımlar atılmır: "Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək və bunun üçün ən real vasitə elə Azərbaycan ordusudur. Əgər danışıqlar nəticə verməsə, Azərbaycan bütün mümkün vasitələrdən istifadə edəcək. Ona görə də ölkəmizdə ordu quruculuğu işlərinə həmişə çox böyük diqqət yetirilir və bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında son bir ildə bir qədər daha irəliləyərək 53-cü yerə yüksəlib. Bu, qürurverici hadisədir”.
Azərbaycan Ordusunun gücünün statistik deyil, həm də real və praktik olduğunu dilə gətirən baş redaktor, ordumuzun döyüş qabiliyyətli və yüksək hərbi-psixoloji əhval-ruhiyyəyə malik olduğunu dilə gətirib: “Bu, çox vacib şərtdir. Son iki ildə erməni təxribatına qarşı həyata keçirilən Lələ təpə və Günnüt əməliyyatları bir daha göstərdi ki, milli ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Bütün bunlar isə əlbəttə Prezident İlham Əliyevin ordu quruculuğu və milli təhlükəsizliyimizin təmin olunması siyasətinin tərkib hissəsidir. Azərbaycan ordusunun nəyə qadir olduğunu işğalçı Ermənistan da bilir. Çünki öz üzərində artıq bunu hiss edib. Ona görə də Ermənistan bu reallığı qiymətləndirib işğal faktına son qoymalıdır”.

yap.org.az

Digər xəbərlər