Siyasət

  • 4 409

“Ərdoğanın çıxışı kifayət qədər kəskin və ibrətamiz idi" ÖZƏL-ŞƏRH

image

“Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən paradda Azərbaycan və Türkiyə prezidentlərinin çıxışında çox qiymətli fikirləri var idi. Həmçinin də müasir dövrlə bağlı çox əhəmiyyətli fikirlər səsləndirildi. Bu fikirlərin böyük bir hissəsi təcavüzkar Ermənistana qarşı idi”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Ərdoğan birmənalı şəkildə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyincə, Dağlıq Qarabağ problemi ədalətli həll edilməyincə Ermənistanla sərhədlər açılmayacaq: “Eyni zamanda Ermənistana mesaj göndərdi ki, əgər bölgədə qonşularınla yaxşı münasibət istəyirsənsə, beynəlxalq hüquq normalarına uyğun olaraq davranılmalıdır. Türkiyə prezidentinin çıxışı kifayət qədər kəskin və ibrətamiz idi.Cənab Prezident İlham Əliyev paradda Qafqaz İslam Ordusunun erməni qaniçənləri, erməni cəlladları üzərindəki böyük qələbəsini bir daha xatırlatdı və onlara minnətdarlıq borcunu ifadə etdi. Bu günün mənzərəsinə toxunan Azərbaycan Prezidenti qeyd etdi ki, Ermənistan yenə aqressiv siyasət yürüdür və Ermənistanın siyasi rəhbərliyi məsuliyyətsiz bəyanatlar verir. Ölkə başçısı birmənalı olaraq bildirdi ki, Azərbaycanla yalnız beynəlxalq hüququn normaları çərçivəsində danışmaq mümkündür. Onu da deyim ki, Bakıda keçirilən parad çox möhtəşəm idi. Zənnimcə bu parad ermənilərin 11-14 sentyabrda Dağlıq Qarabağda keçirdikləri hərbi təlimə çox yaxşı bir cavab idi. Həmçinin bu parad Ermənistan siyasi rəhbərliyinə bir mesaj idi ki, işğal edilmiş torpaqlardan əsgərləri geri çəksin”.

yap.org.az

Digər xəbərlər