Siyasət

  • 3 596

"Parad dostluğun və qardaşlığın sarsılmaz olduğunu sübuta yetirdi" ÖZƏL-ŞƏRH

image

“Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və birliyi şanlı tariximizin ən mühüm və şərəfli səhifələrində yer alır. Bu möhtəşəm tarixi anlardan biri də 100 il əvvəl Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşevik qalıqlarından azad etməsidir. Bu, şanlı tariximizin ən şərəfli səhifələrindəndir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sahibə Qafarova deyib.Millət vəkili qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi olan bu möhtəşəm zəfərin böyük tarixi və siyasi əhəmiyyəti var: “Bu tarixi zəfərdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, dövlət quruculuğunun əsas mərhələsinə başlandı, həmin ilin dekabr ayında isə parlamentə demokratik seçkilər keçirildi”.“Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının sarsılmaz olduğunu bir daha sübuta yetirdi. Türkiyə-Azərbaycan qardaşlığı dünya üçün bir nümunə təşkil edir. Ümumiyyətlə, bu gün Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir və ən yüksək zirvədədir. Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanan çoxşaxəli münasibətlər müxtəlif sahələri əhatə edir, regional və beynəlxalq sülhə, sabitliyə, təhlükəsizliyə xidmət göstərir. Ölkələrimizin dövlət başçıları arasında müntəzəm görüşlər keçirilir və bu görüşlər Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafı üçün müstəsna əhəmiyyətə malikdir. Siyasi əlaqələrin ən yüksək zirvədə olması ilə yanaşı, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq müvəffəqiyyətlə davam etdirilir, ticarət dövriyyəsi artır. Ölkələrimiz birgə enerji-nəqliyyat layihələrini uğurla icra edir. Bu nəhəng transmilli layihələr mühüm geostrateji əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı layihələr Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır”,-deyən S. Qafarova əlavə edib ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələri hər iki dövlətin milli maraqlarına cavab verməklə yanaşı, unikal nümunə kimi çıxış edir.

sia.az

Digər xəbərlər