Siyasət

  • 3 375

“Paradda səslənən bəyanatlar bütün dünyaya bir mesaj oldu" ÖZƏL-MÖVQE

image

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən paraddakı çıxışının iki əsas istiqaməti vardır”. Bunu SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.“Birinci istiqamət ondan ibarət idi ki, Türkiyə-Azərbaycan arasında tarixi əlaqələr bu gün də çox yüksək səviyyədə davam etdirilir. 15 sentyabr 1918-ci il Bakının erməni, bolşevik birləşmələrindən azad olunması buna bariz nümunədir. 100 il əvvəl Azərbaycanla Türkiyənin münasibətləri necə idisə, indi də o münasibətlər daha yüksək istiqamətdə inkişaf edir. Cənab Prezident ümumtürk dünyasında Azərbaycanın tutduğu yer haqqında da fikirlər səsləndirdi. Bu ondan ibarət idi ki, Azərbaycan tərəfindən Türkiyənin inkişafına və Türkiyənin iqtisadiyyatına 20 milyard dollardan artıq vəsait qoyulub. Vəsaitin həcmi isə iləbil artır. İkinci istiqamət o idi ki, Ermənistanın işğalı altında olan torpaqları geri ala bilmək üçün Azərbaycanın imkanları var. Bunun üçün Azərbaycanın regionda böyük hərbi gücü, siyasi iradəsi və Türkiyə kimi strateji müttəfiqi var. Paradda səslənən hər iki ölkənin prezidentinin birgə bəyanatı düşünürəm ki, bizi əhatə edən dövlətlərə - bizə dost olanlara da, düşmən olanlara da və bütün dünya ictimaiyyətinə də bir mesaj oldu”, - deyə, baş redaktor fikirlərini tamamlayıb.Qeyd edək ki, sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak ediblər.

sia.az

Digər xəbərlər