Siyasət

  • 4 611

Emin Həsənli: “Azərbaycanın güclü ordusu və iqtisadiyyatı var" ÖZƏL-MÜNASİBƏT

image

“Bakının işğaldan edilməsinin 100 ilə bağlı keçirilən paradın çox böyük əhəmiyyəti var idi”. Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.Onun sözlərinə görə, peşəkar orduya keçid dövründə böyük addımlar atılıb: “Ümumilikdə Azərbaycan Silahlı Qüvvələri bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Prezident İlham Əliyevin paradda çıxışı hamıda böyük ruh yüksəkliyi yaradıb. Bu gün Azərbaycanın güclü ordusu və iqtisadiyyatı var. Ən əsası da ölkəmizdə vətəndaş həmrəyliyi var. Bunlar hamısı sevindirici haldır. Bütün dünyada dost və düşmən də bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını işğaldan azad edəcək”.Hərbi ekspert əlavə edib ki, Azərbaycan-Türkiyə arasında möhkəm qardaşlıq əlaqələri uzun tarixə söykənir: “Bunun çox böyük siyasi və hərbi əhəmiyyəti var. Bu qardaşlığı Ümummilli Lider Heydər Əliyev yüksək qiymətləndirib. Bu hadisələrdən 100 il ötməsinə baxmayaraq, xalqımız türk ordusunun göstərdiyi şücaəti və köməyi unutmur, Şəhidlər xiyabanına gələn hər bir azərbaycanlı şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət etməyi özünə mənəvi borc bilir”.

sia.az

Digər xəbərlər